Hərbçimiz Xocalıda qəzada həlak oldu
Dərc olunub:
Bu gün, 13:52
Xəbər verdiyimiz kimi, gecə saatlarında Xocalı yolu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı Azərbaycan Ordusunun giziri, 1996-cı il təvəllüdlü Vüsal Quluzadə ölüb.
Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Cavid Əhmədov isə ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (unikal.az)
