HRANA: ABŞ və İsrailin İrana hücumlarında ölənlərin sayı 700-ü ötüb
ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 700-ü keçib.
Bu barədə "Human Rights Activist News Agency" (HRANA) hesabat yayımlayıb.
Bildirilib ki, fevralın 28-dən etibarən hücumlarda 742 nəfər həlak olub. Təşkilat ölənlərin 176-nın uşaq və yeniyetmə olduğunu qeyd edib.
Yaralananlaırn sayının 971 nəfərə çatdığı bildirilən hesabatda onlardan 115-nin uşaq olduğu vurğulanıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
