"Bu gün İranın cəzalandırılması tarixin tələbidir"

Vasif Əfəndi
Politoloq


Bəzən insanların iç dünyasının gerçək mahiyyətinin açılamsı üçün ekstremal şəraitin yaranması səbəb olur. Bu insanın sərxoş olduğu zamanı da baş verə bilər və ya başı bəlada olanda sıxışdığı an da baş verə bilər. Bu çox mühüm amildir. Hazırda bu davranış İranın hərəkətlərində hiss olunur. Özünü islam dünyasının məşəli adlandıran İran hazırda sıxışdıqca qonşu ölkələrin ərazilərinə raketlər atmaqla öz çirkin sifətini daha çox göstərir. Bu səbəbdən Hakan Fidan İranın yanlış siyasəti ilə bağlı bəyanat verdi. Bu bəyanat bölgədə yeni situasiyanın yarana biləcəyi ehtimalını artırır.

İranın hazırkı fəaliyyəti özünü qorumaq yox, “cəhənnəmə gedən yoldaş axtarır” prinsipi ilə və daha çox türk dünyasını parçalamağa yönəlmiş strategiya ilə hərəkət edir. 500 il öncə Çindən bir türk ailəsi və ya tayfası yola düşərək ana dilində danışaraq Anadolunun ən ucqarlarına gedib çıxa bilirdisə Səfəvi şiə sülaləsi məhzəb dövləti yaradaraq buna son qoydu. Coğrafi xəritəyə baxdıqda İranın türk yoluna qoyulmuş bir şlaqbaum olduğunu görürük. Bu siyasətə dəstək olan Rusiya eyni davranışı Naxçıvanı Azərbaycandan qopardaraq Ermənistan adında dövlət yaratması oldu. Bu illər ərzində İran-Ermənistran və Rusiya türk dünyasına qənim kəsildilər. Bu gün şər İranın cəzalandırılması tarixin tələbidir. Obama və Bayden admnistrasiyalarının İranla bağlı səhv siyasəti bu dövlətə toparlanmaq şansı verdilər. Bu gün Tramp sadəcə İranda yığılmış zibili təmziləməklə məşğuldur.

Onun bölgəyə istiqrar gətirəcəyini müzakirə etmədən bildirirəm ki, nəticə nə olursa olsun, bizim varlığımıza təhdid olan ən böyük qonşumuz neytrallaşmalıdır. Bu müharibənin məntiqi sonluğu isə İranın qurudan tam işğal edilməsi ilə sonlanmalıdır. Əks təqdirdə görülən tədbirlərin nəticəsi olmaya bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər