Qətərdə SEPAH agentləri həbs edildi
Dərc olunub:
Bu gün, 13:54
Qətər hökuməti 4 mart tarixində ölkədə fəaliyyət göstərən iki İnqilab Keşikçiləri bölməsini (ümumilikdə 10 nəfər) həbs etdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Bu şəxslərdən yeddisi ölkədəki həyati əhəmiyyətli və hərbi obyektlər haqqında məlumat toplamaq üçün casusluq missiyasına rəhbərlik edirdi, digər üçü isə təxribat əməliyyatlarının aparılmasına rəhbərlik edirdi və dronlardan istifadə üzrə təlim keçmişdi.
Şübhəlilərin istifadə etdiyi həssas qurğuların, rabitə cihazlarının və texnoloji avadanlıqların yerləri və koordinatları əldə edilib", - deyə məlumatda qeyd olunub.
