Bu meyvə 6 növ xərçəng riskini azaldır

Bu meyvə 6 növ xərçəng riskini azaldırSon araşdırmalar göstərib ki, bir çox insanların sevimli qırmızı meyvəsi 6 növ xərçəngin yaranma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər.

Hansı meyvə olduğunu sizə təqdim edirik:

Söhbət nardan gedir. Alimlərin araşdırmalarına görə, nar həmçinin metastazların qarşısını almaqda da təsirli rol oynayır. Bu kəşf beynəlxalq tədqiqatçılar qrupu tərəfindən aparılıb. Onlar müəyyən ediblər ki, narın daim istehlakı altı növ onkoloji xəstəliyin yaranma riskini azaldır. Bundan başqa, bu təsiri təkcə narın dənələri deyil, həm də qabığı göstərir.

Eyni zamanda, narın yağı, ekstraktı və şirəsi də bu cəhətdən faydalıdır. Alimlərin fikrincə, narın aşağıdakı xərçəng növlərinin qarşısını almaqda təsiri var:

prostat xərçəngi;
sidik kisəsi xərçəngi;
süd vəzi xərçəngi;
dəri xərçəngi;
ağciyər xərçəngi;
yoğun bağırsaq xərçəngi


Bu möcüzəvi xüsusiyyətin səbəbi nədir?

Mütəxəssislər bu təsiri narın tərkibində yüksək miqdarda olan antioksidantlar və iltihab əleyhinə maddələrlə izah edirlər. Onlar xüsusilə qeyd edirlər ki, narın müntəzəm istifadəsi xərçəng hüceyrələrinin metastazlaşmasının qarşısını ala bilər. Bu halda, xərçəng hüceyrələrinin orqanizm boyu yayılması prosesi yavaşlayır.

Lent.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər