"İşverənliyi" ona bir milyon avro qazandırıb
Almaniyada bir il ərzində yaşadığı şəhərdə parklanma qaydalarını pozanlar barədə 4.2 min donos yazan və minlərlə insanın cərimələnməsinə səbəb olan 18 yaşlı Niklas Mattey xəbərçiliyi sayəsində zəngin olub.
Məlumata görə, məşhurluğu Matteyyə artıq bir milyon avro qazandırıb.
Gəncin sözlərinə görə, onu tez-tez diskotekalara, televiziya şoularına və şəhər bayramlarına dəvət etməyə başlayıblar. Orada onunla şəkil çəkdirmək üçün uzun növbələr yaranır. Tədbirə qatılmaq üçün fərasətli "çuğulluq ustası" böyük məbləğ, bəzən hətta 100 000 avrodan çox alır.
"Əvvəllər də çoxlu pulum var idi. Amma "çuğulluq ustadı" sayəsində milyon qazandım", - deyə oğlan bildirib.
Eyni zamanda o öz xəsisliyini qeyd edib. Belə ki, Mattey pulları bank hesabında saxlayaraq xərcləmir, qənaət etmək üçün münasibət qurmur, səyahət etmir. Hətta pul xərcləməmək üçün ictimai tualetlərdən tualet kağızı götürür.
Qeyd edək ki, Mattey Greaenhaynihen şəhərində parklanma qaydalarını pozanlar üçün əsl kabusa çevrilib. Məsələ burasındadır ki, hər zaman xüsusi geyimdə olan gənc qayda pozanların avtomobillərinin şəkillərini çəkir, sonra isə onları polisə göndərir. O, artıq yaşadığı şəhərin əhalisinin 8%-dən çoxunu çuğullayıb, beləliklə şəhər büdcəsinə əlavə 140 min avrodan çox qazandırıb.
Niklas Mattey bundan utanmır və özünü "çuğulluq ustadı" adlandırır. O, fəaliyyətinə görə davamlı olaraq təhqir və aqressiya ilə üzləşdiyini, hətta döyüldüyünü deyib.