Çində Dünya İnsanabənzər Robot Oyunları başlayıb

Çinin paytaxtı Pekində insanabənzər robotların müxtəlif idman, performans və tətbiq sahələrində yarışdığı dünyanın ilk irimiqyaslı robot yarışması olan Dünya İnsanabənzər Robot Oyunları (WHRG) başlayıb.

Pekin Yerli Xalq Hökuməti, Çin Media Qrupu, Ümumdünya Robototexnika Əməkdaşlıq Təşkilatı və RoboCup Asia-Pacific ilə birgə təşkil edilən tədbirdə robototexnika şirkətləri, universitetlər, tədqiqat institutları, robot klubları və həvəskarları inkişaf etdirdikləri insanabənzər robotlarla iştirak ediblər.

İnsanabənzər robot texnologiyasındakı irəliləyişləri praktik tətbiqlər vasitəsilə nümayiş etdirmək məqsədi daşıyan tədbirdə atletika, gimnastika, futbol və boks kimi idman növlərində yarışan robotlar nümayiş etdirilib.

Avqustun 17-də başa çatacaq oyunların ilk günündə 400 metr və 1500 metr məsafələrə qaçış, futbol və boks yarışları keçirilib.

Tədbirdə robotlar idmanla yanaşı, performans və ssenari üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər