Mərasimə 16 min şüşə parçasından hazırlanmış geyimlə qatıldı - FOTO

Mərasimə 16 min şüşə parçasından hazırlanmış geyimlə qatıldı - FOTOXəbər verdiyimiz kimi, Los-Ancelesdə 97-ci “Oskar” mükafatlandırma mərasimi baş tutub.

"Unikal" xəbər verir ki, Hollivudun prestijli gecəsində məşhurlar dəbli geyimləri ilə qırmızı xalçada göz qamaşdırıblar.

Qırmızı xalçada diqqət çəkən adlardan biri də "Emilia Perez" filminin ulduzu Selena Qomez olub. Aktrisa gecə üçün Ralph Lauren paltarı seçib. Qomezin paltarında minlərlə şüşə parçası diqqət çəkib. Belə ki, paltarda su damcısı şəklində 16 min şüşə parçası var. Rosemont kristalları və şüşə parçaları paltarın üzərinə fərdi olaraq əl ilə tikilib. 12 italyan sənətkar tərəfindən hazırlanmış paltar Qomez hər hərəkət etdikdə şüşə panellər sayəsində parıldayır.

Ulduzun stilisti Erin Uolş İtaliyanın ən məşhur aktrisalarından biri olan Sophia Lorendən ilham aldıqlarını və hətta Lorenin keçmiş dərzisi ilə məsləhətləşdiklərini deyib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər