İtaliyada lentlə yapışdırılan banan şok qiymətə satıldı
Dərc olunub:
21-11-2024, 10:09
İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara lentlə yapışdırılmış banan 6,2 milyon dollara satılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə “Sotheby's" hərrac evinin X hesabıbda məlumat verilib.
Əsər Çindən olan kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alınıb.
"Bu, adi sənət əsəri deyil. Bu, incəsənət, memlər və kriptovalyuta cəmiyyətini əhatə edən mədəni fenomendir. Mən yaxın günlərdə bananı yeyəcəyəm və bu, unikal bədii təcrübənin bir hissəsi olacaq", - o bildirib.