Sizin Reklam Burada

Napoleonun məktub yazdığı sultanın qılıncı 17 milyon dollara satıldı FOTO

Napoleonun məktub yazdığı sultanın qılıncı 17 milyon dollara satıldı FOTOXVIII əsrdə Hindistanın müsəlman kralı olan Tipu Sultanın (1790–1800) yataq otağı qılıncı Londonda keçirilən hərracda 14 milyon funta (17,4 milyon dollar) satılıb.

Bonhams hərrac evindən verilən açıqlamaya görə, çərşənbə axşamı hərracda təxmini alış dəyərindən 7 dəfə baha qiymətə satılan qılınc, Hindistan və İslam mədəniyyət abidəsinin əvvəlki rekordunu qırıb. Bu xəbəri Pakistanın "The Times of Islamabad" qəzeti məlumat yayıb.

Əlavə olaraq onu bildirək ki, Tipi Sultan 1399-cu ildə Hindistanda yaranan Maysur əmirliyinin sultanı olub. Britaniya və Fransanın müstəmləkəçilərinə qarşı rəşadətlə döyüşüb.

Tipu Sultan isə 1788-ci ildə Parisə səfər edib və kral sarayında (Versalda) təntənə ilə qarşılanıb. Lakin inqilab bütün siyasi kartları qarışdırdı və ingilislər Hindistandakı fransız müstəmləkələrinin hamısını işğal etdilər.

Tarixdən o da məlumdur ki, 1799-cu ildə Napoleon Maysur hakimi Tipu Sultana məktub göndərərək ona ingilislərə qarşı müttəfiqlik təklif edib. Lakin uzun yol gedən məktub Maysur hakiminə çox gec çatıb...

"Maysur pələngi" ləqəbi ilə tanınan sultanın dönəmində Maysur əmirliyi Hindistanda mədəniyyət və incəsənətin ən əhəmiyyətli mərkəzlərindən biri olaraq tanınırdı.

Elbəyi Həsənli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər