21 yaşlı Aytacın meyiti tapıldı

Gürcüstanda itkin düşən həmyerlimiz Aytac Məmmədovanın meyiti Tbilisidə Kür çayına düşən avtomobilin içərisindən tapılıb.

“24News.ge” xəbər verir ki, avtomobildə aşkarlanan meyit ekspertizaya göndərilib.

Bundan sonra cansız bədənin Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovaya məxsus olduğu müəyyən edilib.

Xatırladaq ki, 21 yaşlı soydaşımızdan 40 gündən çox idi ki, xəbər alınmırdı.

Aytac ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra qız anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib.

O, Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsi olub, təhsili ilə əlaqədar paytaxtda yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər