Dəhliz tamamlansa, sensasiya olacaq - Pezeşkian
Dərc olunub:
28-07-2025, 12:35
Şimal-Cənub dəhlizi tamamlanarsa, bizə sanksiya tətbiq edə bilməyəcəklər.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Əgər mövcud üsullardan istifadə edərək İranın Şimal-Cənub dəhlizini aça bilsək, Özbəkistan, Türkmənistan, Rusiya və Azərbaycan arasında yarana biləcək nəqliyyat sensasiya olacaq, o zaman bizi sanksiyalara məruz qoymaq mümkün olmayacaq”, - Pezeşkian bildirib.