148-ci gün: Rusiya Ukraynanın itkilərini açıqlandıRusiya müharibənin 148-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 260 təyyarəsi, 144 helikopteri, 1577 PUA-sı, 356 zenit-raket kompleksi, 4135 tank və digər zirehli texnikası, 762 reaktiv yaylım atəş sistemi, 3174 artilleriya və minaatanı, 4413 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Xerson azad ediləcək, Putin etibarını itirəcək - PiontkovskiRusiyanın Ukraynadakı “qələbələr”lə bağlı bəyanatlarına baxmayaraq, yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələri əks hücuma keçəcək və tezliklə Xersonu işğalçılardan azad edəcək.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq, publisist Andrey Piontkovski deyib.

Pentaqon rəhbəri Lloyd Ostinin Ukraynadakı müharibənin həlledici mərhələyə qədəm qoyması ilə bağlı açıqlamasını şərh edən Piontkovski bildirib:

“Bu o deməkdir ki, Ukrayna ordusu əks-hücuma keçmək üçün lazım olan hər şeylə təmin olunacaq. Təxminən avqustun sonunda Xersonun azad edilməsini gözləmək olar”.

Piontkovski əmindir ki, Xersonun işğalçılar tərəfindən itirilməsi Rusiyada siyasi və psixoloji sarsıntıya səbəb olacaq.

O qeyd edib ki, Putin bundan sonra hətta ətrafı arasında da etibarını itirəcək:

"Təbliğatla zombiləşən milyonlarla rus müharibəni uduzduqlarını başa düşəcək. Bu, Rusiyada ciddi dəyişikliklərə səbəb olacaq".
Zaxarova ukraynalıları donuzlarla müqayisə etdiKiyev Qərb silah istehsalçılarını dəvət edərək, öz vətəndaşlarını Qvineya donuzuna çevirir.

Avrasiya.net xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə söyləyib.

“Onlar NATO-nun, ilk növbədə Amerika silahlarının sınaqdan keçiriləcəyi Qvineya donuzlarına çevriləcəklər. Ukrayna rejiminin nümayəndələri, siz öz xalqınızla nə etmək istəyisiniz?” - deyə Zaxarova vurğulayıb.
Moskvada rus generalın meyiti tapıldıDünən Moskvanın mərkəzində Federal Təhlükəsizlik Xidmətinin (FTX) ehtiyatda olan general-mayoru Yevgeni Lobaçevin meyiti tapılıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, 76 yaşlı general gəzməyə çıxıb və bir daha geri qayıtmayıb.

İyulun 20-də onun meyitini Kalaçinsk küçəsində pilləkəndə tapıblar. Meyitin yanında TT markalı tapança olub.

Son vaxtlar onun səhhətində ciddi problemlərin olduğu deyilir.
Azərbaycan bu ölkə üçün quru sərhədini açdıTürkiyə vətəndaşları Azərbaycanın quru sərhədlərində ölkəni tərk etmək üçün istifadə edə bilərlər.

Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Ancaq sentyabrın 1-dək Türkiyə vətəndaşları quru sərhədindən Azərbaycana daxil ola bilməzlər.

Pasportlarının müddəti bitən Türkiyə vətəndaşları isə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə də hava yolları vasitəsi ilə Azərbaycandan Türkiyəyə geri dönə bilərlər.
ABŞ HİMARS-la Rusiya sistemlərini öyrənirABŞ HIMARS-ları cəbhədə dönüş yaratmaq üçün deyil, Rusiya hava hücumundan müdafiə sistemlərinin iş prinsiplərini öyrənmək üçün Ukraynaya ötürür.

Axar.az xəbər verir ki, bunu hərbi ekspert Aleksey Leonkov söyləyib.

“HİMARS raketləri əks batareya döyüşü üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli silahlardır, lakin hazırkı münaqişədə Ukrayna hava hücumundan müdafiə vasitələrimizin yerləşdirildiyi ərazilərdə mülki hədəfləri atəşə tutmaq üçün onlardan istifadə edir. HİMARS fəaliyyət göstərən zaman biz raketləri hava hücumundan müdafiə ilə ələ keçiririk. Sistemlər, Amerika peykləri Pentaqon üçün əvəzolunmaz məlumatlar alaraq kəşfiyyat zabitlərinin fəaliyyət prinsiplərini öyrənirlər”, - ekspert bildirib.
Ukraynada ölən Rusiya hərbçilərinin sayı 39 minə çatır“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 38 750 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 700 tank, 3 905 zirehli döyüş maşını, 851 artilleriya sistemi, 248 reaktiv yaylım atəşi sistemi, 113 hava hücumundan müdafiə sistemi, 221 təyyarə, 188 helikopter, 703 PUA, 167 qanadlı raket, 15 gəmi, 2 775 avtomobil texnikası və avtosistern, 70 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.
Rusiya təhlükəsizliyin qarantı ola bilməz - YermakUkrayna və ölkənin Qərb tərəfdaşları Rusiyanın ölkəmizin təhlükəsizliyinin qarantına çevrilməsi ehtimalını nəzərdən keçirmir.

Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Biz onlara təklif etmədik, təminatçı olmaq istəyən Rusiya idi. Amma təcavüzkarın eyni zamanda təhlükəsizliyin təminatçısı olması mümkün deyil. Borodyankadan, Buçadan sonra Rusiyanın bizə zəmanət verən ölkələr sırasında olmasının mümkünlüyünə nə biz inanırıq, nə də partnyorlarımız”, - Yermak qeyd edib.
Şoyqu “Qərb” qoşunlarına göstəriş verdi: Ukrayna PUA-larını dərhal məhv edin!Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Qərb” qoşunları qrupunun yoxlanışı zamanı Rusiya ilə həmsərhəd ərazilərdə pilotsuz təyyarələrin məhv edilməsinin effektivliyinin artırılması barədə göstəriş verib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, nazir komanda məntəqəsində “Qərb” qoşunları qrupunun komandiri, general-leytenant Andrey Sıçevoyun hazırkı vəziyyət və məsuliyyət zonasında yerinə yetirilən döyüş tapşırıqları barədə məruzəsini dinləyib.

“Dinləmənin yekunlarına əsasən, ordu generalı Sergey Şoyqu Rusiya ilə sərhəd rayonları üzərində düşmənin pilotsuz uçuş aparatlarının məhv edilməsinin səmərəliliyinin daha da artırılması, həmçinin onların ciddi şəkildə məhv edilməsi barədə göstərişlər verib”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bundan əvvəl Şoyqu ordu generalı Sergey Surovikinin rəhbərlik etdiyi Rusiyanın “Cənub” qruplaşmasına, general-polkovnik Aleksandr Lapinin komandanlığındakı “Mərkəz” qruplaşmasına, həmçinin general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi “Şərq” qruplaşmasına baxış keçirib.