star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İranda limanda partlayış: 500-dən artıq yaralı var

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub.

Axar.az xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib.

Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil.

Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb.

***

İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən güclü partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.

Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb.

Məlumata görə, İran rəsmiləri hələ ki hadisəni şərh etməyiblər.

İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 47 nəfər xəsarət alıb.

Bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.

"İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb", - o qeyd edib.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.

Bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb.

Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.

Bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.

***

İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.

Bu barədə İranın yerli hakimiyyət orqanları məlumat veriblər.

***

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər