İrandakı partlayışda yaralı sayı 1242-yə çatdı

İrandakı partlayışda yaralı sayı 1242-yə çatdı26 apreldə İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında partlayış nəticəsində xəsarət alanların sayı 1 242 nəfərə yüksəlib.

Avrasiya.net xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Muctaba Xaledi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri partlayış baş verən ərazidə axtarış-xilasetmə əməliyyatını davam etdirir.

Qeyd edək ki, 26 aprel günorta saatlarında İranın Şəhid Rəcai limanında güclü partlayış baş verib. Partlayış nəticəsində indiyədək 40 nəfərin öldüyü, 6 nəfərin itkin düşdüyü bildirilir. Partlayışdan sonra baş verən yanğın böyük ərazini bürüyüb. Hələlik partlayışın səbəbi haqda rəsmi açıqlama verilməyib.

Əlavə edək ki, Şəhid Rəcai limanı 2,4 min hektar ərazidə yerləşir. Bu limanda ildə 70 milyon ton yük yüklənib-boşaldıla bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər