Azərbaycan Alban-Udi Xristian ruhaniləri Türkiyədə təlimdə iştirak edib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycanın qədim xalqlarından olan Alban-Udi Xristian icmasının din xadimləri İstanbul və Mardində dini təlimlərə qatılıblar.

TİKA-nın dəstəklədiyi layihə çərçivəsində Qəbələ rayonu, Nic qəsəbəsindəki Çotari kilsəsində fəaliyyət göstərən Alban-Udi din xadimləri İstanbuldakı Süryani və Anadolu pravoslav kilsələrini, Mardindəki Deyrulzafaran monastırını ziyarət edərək, dini maarifləndirmə və ənənəvi mərasimlər haqqında məlumat alıblar.

Layihə ilə bağlı açıqlama verən TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik “Azərbaycanın mədəni zənginliyini və tolerantlığını heç bir ayrı-seçkiliyə yol vermədən qoruyub saxlamaq, ölkəmizlə Azərbaycan arasındakı mədəni-mənəvi əlaqələrə fərqli bir bağ gətirmək üçün bu və buna bənzər layihələri həyata keçiririk” deyib.

Ötən il TİKA tərəfindən Çotari kilsəsində Alban-Udi xristian icması üçün təhsil mərkəzi yaradılıb.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər