"İran-Azərbaycan-Türkiyə birliyi yaradılsın"

Pezeşkianın Azərbaycana səfəri önəmlidir. Bu səfər lazımı qədər iki ölkə arasında əlaqələrə müsbət təsir göstərə bilər.

Bunu Avrasiya.net-ə İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani İran Prezidenti Məsud Pezeşkianın bu gün Azərbaycana səfərinə münasibətində deyib.

O, qeyd edib ki, bu səfərdə müxtəlif sənədlər imzalana bilər, amma bütün məsələlərin həlli bir səfərlə yekunlaşmır:

"Müəyyən razılaşmalar əldə edilə bilər, bu təbiidir. Amma səfərdən sonra əməlləri görmək lazımdır ki, əldə olunan razılıqlar necə həyata keçirilir. İranla Azərbaycan arasına önəmli məsələlər həll olunmalıdır. Bunlar həllini tapmasa, iki ölkə arasında könülaçan əlaqələr ola bilməz. Hadisələrə real yanaşmaq, əsas problemləri tapıb kökündən həll etmək lazımdır. İki ölkə arasında bir neçə məsələnin həlli üçün qarşılıqlı inam lazımdır. Azərbaycan işğalda olan torpaqlarını azad edib, bu gün İran üçün artıq Ermənistan məsələsi yoxdur, bir Zəngəzur dəhlizinin açılması məsələsi var ki, burada İran öz fikrini bildirib. İki ölkə arasında bir-birinə inam, etimad güclənərsə, bu məsələdə də həllini tapar".

Ə.Süleymani onu da deyib ki, hər bir ölkənin, o cümlədən Azərbaycanın öz xarici siyasəti var ki, İranın xarici siyasəti ilə üst-üstə düşməyə bilər: "Bu qəbilediləndir, amma iki prezident arasında xarici siyasətdəki bəzi əlaqələrə kölgə salan məsələlər də çözülməlidir. Hər iki ölkə arasında əlaqələrə kölgə salan məqamlara aydınlıq gətirilməlidir. Biz regionda sülhün, təhlükəsizliyin bərqərar olmasına çalışmalıyıq. Yaxşı olardı ki, regionda İran-Azərbaycan-Türkiyə birliyi yaradılsın. İranın Azərbaycanla, Türkiyə ilə bəzi məsələlərdə fikir ayrılıqlarına aydınlıq gətirilsin, problemlər aradan qaldırılsın, bu region üçün də əhəmiyyətli olar".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər