FİFA-nın Afrika ofisi Mərakeşdə açılıb
Dərc olunub:
28-07-2025, 15:54
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) Afrika ofisi şənbə günü Mərakeş paytaxtının ətrafı Sale şəhərindəki Kral VI Məhəmməd Futbol Kompleksində açılıb.
Maghreb Arabe Presse xəbər agentliyinin verdiyi məlumata görə, mərasimdə FİFA prezidenti Canni İnfantino, Afrika Futbol Konfederasiyasının prezidenti Patris Motsepe, Mərakeş Kral Futbol Federasiyasının prezidenti Fauzi Lekjaa, müxtəlif rəsmilər və krallığın idman sektorunun nümayəndələri iştirak ediblər.
"Bu, FİFA və Afrika, Mərakeş və bütün dünyada futbol tarixinə qızıl hərflərlə yazılacaq tarixi bir an, bayram və xoşbəxtlik günüdür”, - İnfantino açılış mərasimində deyib.