Putin Ukrayna taxılının ixracının şərtini AÇIQLADIMoskva Rusiyanın ərzaq məhsullarının ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması şərti ilə Ukrayna taxılının ixracını asanlaşdırmağa hazırdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

“ABŞ ərzaq bazarında vəziyyəti yaxşılaşdırmaq istəyirsə, Rusiya taxıl ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmalıdır.Türkiyə Cümhuriyyəti və şəxsən prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının ixracı ilə bağlı razılığa gəlmək üçün çox işlər görüblər. Amma əvvəlcə biz məsələni elə qaldırdıq ki, qablaşdırılsın, yəni: biz Ukrayna taxılının ixracını asanlaşdıracağıq, lakin Rusiya taxılının mümkün ixracı ilə bağlı bütün məhdudiyyətlərin götürüləcəyindən də çıxış edirik. Biz bunu ilkin olaraq beynəlxalq təşkilatlarla razılaşdırdıq, onlar bütün bunları yığmağı öz öhdələrinə götürdülər”, - Putin bildirib.

Onun sözlərinə görə, indiyədək heç kim, o cümlədən ABŞ buna etiraz etməyib: “Görək yaxın gələcəkdə nə baş verəcək”.

Rusiya lideri əlavə edib ki, Qərb enerji sahəsindəki səhvlərini “Qazprom”un üzərinə atmaq istəyir:

“Qazprom” həmişə bütün öhdəliklərini yerinə yetirib, yerinə yetirir və yerinə yetirmək niyyətindədir. “Şimal axını 2” Avropanı qazla təmin etmək üçün işə salına bilər, lakin artıq Rusiya Federasiyasının daxili bazarında onun yarısı istifadə olunur”.
Xamenei yenə Türkiyənin əməliyyatına qarşı çıxdıTürkiyənin və onun sərhədlərinin təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi görürük və terrorla mübarizədə Türkiyə ilə əməkdaşlıq edirik.

Axar.az xəbər verir ki, bunu İranın Ali dini lideri Əli Xamenei deyib.

“Suriyanın şimalında hərbi əməliyyat əlbəttə ki, Türkiyə, Suriya və regionun ziyanına olacaq.

Suriyanın birliyini qorumaq vacibdir. İstənilən hərbi əməliyyat terrorçu qrupların xeyrinə olacaq”, - Xamenei bildirib.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan İranda səfərdədir.
İranda SEPAH-ın avtomobili partladılıb - Ölənlər və yaralananlar varİran İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) məxsus avtomobil partladılıb.

“Report” “İranwire” istinadən bildirir ki, hadisə Güney Azərbaycanın Urmiya bölgəsinin dağlıq sərhədyanı bölgəsində baş verib.

Nəticədə bir neçə nəfər ölüb və yaralanıb.

Məlumata görə, SEPAH-ın avtomobilinin keçdiyi yola partlayıcı quraşdırılıb və nəqliyyat vasitəsi keçən zaman partladılıb. İlk partlayışdan sonra daha biri də törədilib.

Hadisədən sonra bölgədə qvardiyanın PUA-ları patrul xidməti keçməyə başlayıb.

İranın rəsmi mənbələri hadisə ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, PKK terror qruplaşmasının İran üzrə qolu olan “Pejak” ölkənin Qərbi Azərbaycan bölgəsində tez-tez terror aktları törədir.
Nüvə silahı yaratmaq istəsək, kimsə mane ola bilməzİran nüvə silahı yaratmaq qərarına gəlsə, heç kim onun qarşısını ala bilməz.

Axar.az xəbər verir ki, bunu keçmiş İran diplomatı və Məhkəmə Hakimiyyəti sədrinin beynəlxalq məsələlər üzrə sabiq müavini Məhəmməd Cavad Laricani televiziya proqramında deyib.

“Xameneinin fitvasına görə, bizə atom silahları da daxil olmaqla, kütləvi qırğın silahlarının istehsalına icazə verilmir, lakin nə vaxtsa bunu etmək istəsək, təbii ki, heç kim bizə mane ola bilməz. Özləri də bunu bilirlər”, - o əlavə edib.
İran kəşfiyyatının tam məxfi dəstəsi: orada kimlər var?"Dodaqlarını tikənlər" adlı haker qrupu İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) kiber qruplaşmasının və Kəşfiyyat İdarəsinin bir sıra əməkdaşlarının kimliyini ifşa edib.

Sözügedən qrup daha öncə İranın "Bəsic" və SEPAH orqanlarının kiber-fəaliyyətlərini üzə çıxarmışdı.

Adıçəkilən qrup həmin şəxsləri SEPAH-ın Kəşfiyyat İdarəsinə bağlı "Najee Technology" və "Afkar Süstem" şirkətlərinin işçiləri kimi təqdim edib.

SEPAH həmin şəxslər vasitəsilə Avropa, Amerika və Avstraliyada bir sıra saytlara, təşkilatlara və hədəflərə kiberhücum təşkil edərək, şantaj yolu ilə onlardan məlumatlar tələb edib.

İranın SEPAH və "Bəsic" strukturlarının nəzarətində olan "Secnerd" xaker qruplaşması Qərb ölkələrinin şirkətlərinə kiberhücumlar etməklə yanaşı, İran İslam Respublikasının daxilində də əməliyyatlar aparır.

"Secnerd"in tərkibindəki "Najee Technology" şirkətinə Mənsur Əhmədi başçılıq edir. Bilavasitə kiberhücumlara görə isə Əli Ağa Əhmədi məsuldur.

Əhməd Xətibinin rəhbərlik etdiyi "Afkar Süstem" isə bilavasitə SEPAH-ın kəşfiyyat strukturlarına çalışır.

Sözügedən strukturların kiberhücumlarına İranda təhlükəsizlik təşkilatlarının birbaşa nəzarətindəki "Cobalt Mirage", "Charming Kitten", "Nemesis Kitten", "Phosphorus" və "TunnelVision" nikli yerli hakerlər cəlb oluublar.

Onlar terror fəaliyyəti üçün "Log4j", "Proxyshell" və "Fortinet" sistemlərindən istifadə edir, daha sonra "BitLocker" tipli proqramı işə salır, hədəf seçdikləri şəxsin və ya təşkilatın kompüterlərini bloklayır, sonda da şifrin verilməsi üçün külli miqdarda pul tələb edirlər.

SEPAH-ın əlahiddə "Sepah Cyberi" haker qruplaşmasından tapşırıq alınanda isə hədəfin kompüterlərindəki konfidensial məlumatlar oğurlanır.

Məlumatların oğurlansı və ələ keçirilməsi prosesinə isə Məhəmməd Şakəri və Fəridun Bariqazi rəhbərlik edirlər.

Milli.az
RUS ORDU KOMANDANININ GİZLİ SƏS YAZISI YAYILDI - "Dövlətimiz döyülən it kimi oradan çıxmalı olacaq" + VİDEO“Azadlıq” radiosunun “Donbass Realii” layihəsinin jurnalistləri Ukraynanın kəşfiyyat orqanlarından birindəki mənbələrindən Rusiya Federasiyasının 41-ci Ordusunun komandiri vəzifəsini icra edən polkovnik Oleq Korotkeviç ilə hərbi qulluqçuların ailələri arasında keçirilən görüşün audioyazısını əldə ediblər.

Görüş zamanı polkovnik bir sıra çox maraqlı açıqlamalar verib.

“İndi qlobal miqyasda baş verənləri götürsək, iki ölkə arasında başqa dövlətin ərazisində hərbi əməliyyatlar gedir. Hamı belə düşünür.

Faktiki olaraq bütün NATO bloku ilə müharibə gedir. Ukrayna xalqının qanı hesabına NATO bloku mübarizə aparır. Beyinlərini xarab edirlər, sonra cəbhəyə göndərirlər. Əgər bu tapşırıq sona qədər tamamlanmasa, yarıya qədər olsa, nə baş verər?

Prezidentimiz sabah televiziyada “Mən “xüsusi hərbi əməliyyatı” dayandırmaq qərarına gəldim?” deyə bilərmi?

Deyə bilər. O, ali baş komandandır. Əlbəttə bilər. Onda nə alınar? Bütün görülənlər boşuna edilib? Və bütün bu yarımçıq qalmış millətçilik sadəcə bir ildən sonra ölkəmizə gələcək. Aleyskdə, Novosibirskdə, Tomskda, Tümendə, Moskvada, hər yerdə olacaq. Çünki dövlətimiz döyülən it kimi oradan çıxmalı olacaq, başa düşürsünüz. Nə qədər çətin olsa da biz bunu edə bilmərik”, - deyə Korotkeviç bildirib.
“Vətənim Azərbaycan üçün əlimdən gələni edirəm"Akif Ağatalıbov: “Prezident İlham Əliyevin Xivə şəhərində özbək incəsənət nümayəndələri ilə Azərbaycan dilində səmimi söhbəti hər birimizi qürurlandırdı”

Azərbaycan diasporunun inkişafında yaşlı diaspor üzvlərinin xidmətləri az deyil. Bir çox ölkələrdə ağsaqqal diaspor üzvləri zamanında öz sözlərini deyiblər və milli diasporun formalaşdırılmasında addımlar atıblar. Özbəkistanda Azərbaycan diasporunun formalaşdırılmasında aparıcı rol oynayan veteran diaspor Akif Ağatalıbov da belə soydaşlarımızdan biridir. Hazırda Azərbaycanda olan Akif Ağatalıbov yenə də Özbəkistanda diasporun fəaliyyətinə maddi və mənəvi dəstəyini göstərir. İyulun 18-də Akif Ağatalıbovun 65 yaşı tamam olub. Yubiley günlərində ağsaqqal soydaşımızı yada salıb diasporumuzun perspektiv inkişafı ilə bağlı fikirlərini öyrəndik.

Qeyd edək ki, Ağatalıbov Akif Ənvər oğlu 1957-ci ildə Bakı şəhərində andan olub. Ailədə 7 uşaq olublar. O, Bakının Nərimanov rayonundakı 39 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbdən ictimai fəallığı olub. 1975-77-ci illərdə Rusiyanın Lıtkarin şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda müxtəlif sahələrdə çalışıb. 1980-cı ildə isə Özbəkistana üz tutub. Özbəkistanda ayaqda qalmaq üçün həmyerlilərimizlə bir çox sahələrdə çalışıb. Eyni zamanda Daşkənddə Aleksandr Ostrovski adına Teatr və İncəsənət İnstitutunda təhsil alıb. Özbəkistanın Fərrux Zakirov, Yadigar Sardiyev, Nəsibə Abdullayeva, Şirəli Corayev və s. məşhur incəsənət nümayəndələri ilə yaxın dost olub.

Akif Ağatalıbov 2002-ci ildə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasını (AMMA) yaradıb. Az bir zamanda Özbəkistanın 15-ə yaxın şəhərində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının bölməsi fəaliyyətə başlayıb. 30 ildən artıq Özbəkistanda yaşamış Akif Ağatalıbov AMMA-nın 10 il sədri olub. Onun fəaliyyəti nəticəsində adı çəkilən qurum ötən illər ərzində istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib, ölkəmizin həqiqətləri Orta Asiya respublikalarına çatdırılıb. Akif Ağatalıbov öz hesabına Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görüb. Hazırda təşkilatın fəxri sədri olan Akif Ağatalıbov “Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü” ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, həmçinin Orta Asiya Azərbaycanlıları Konqresinin baş koordinatoru olub.

Akif Ağatalıbov diasporumuzun inkişaf yolundan danışarkən dedi ki, milli diasporun birliyinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilib və bu birlik bu gün özünü qoruyub saxlayır: “Əvvəllər biz bir araya gələ bilmirdik. Müəyyən səbəblər buna mane olurdu və ya bu istiqamətdə hansısa addımlar atılmırdı. Lakin ulu öndərin tapşırığı ilə xaricdəki həmvətənlərimiz bir yerə toplandı və Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı təşkil edildi. Birbaşa diasporla məşğul olan dövlət komitəsi yaradıldı. Bu gün Prezident İlham Əliyevin diasporla bağlı verdiyi tapşırıq və tövsiyələr sayəsində bu sahə daha da canlanır, inkişaf edir”.


“Xaricdəki həmvətənlərimiz mütəşəkkil diaspor kimi formalaşıblar”


O qeyd etdi ki, Azərbaycan diasporu ötən illər ərzində çox çətin və şərəfli bir yol keçib: “Diasporumuz bütün çətinliklərə baxmayaraq, öz sözünü deyib, dünya ölkələrində formalaşıb və güc mərkəzi kimi özünü göstərib. Xaricdəki həmvətənlərimiz mütəşəkkil diaspor kimi formalaşıblar. Bu gün fəxrlə deyə bilərik ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi başlanıb. Dünyanın müxtəlif yerlərində məskunlaşmış həmvətənlərimizin mütəşəkkil diaspor kimi formalaşması lobbi quruculuğu sahəsində Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib”.


“Cənab Prezident bu gün dünya azərbaycanlılarına qələbə daddıran lider olaraq böyük sevinc yaşatdırıb”

Söhbət əsnasında Akif Ağatalıbov Vətən müharibəsindəki şanlı Qələbə ilə bağlı sevincini bizimlə bölüşdü: “Ali Baş Komandan İlham Əliyev Ermənistanı dəfələrlə təxribatçı hərəkətlərə son qoymağa çağırdı və hər zaman münaqişənin sülh yolu ilə həllinə çalışdı. Pandemiyaya baxmayaraq, 2020-ci ilin 27 sentyabrından Ermənistan BMT-nin atəşkəsə qarşı qlobal çağırışını pozaraq müstəqil Azərbaycan dövlətinə hücum edib və cəbhə boyu yenidən təxribatlar törədib. Ermənistan silahlı qüvvələrinin məqsədi sülh prosesini pozmaq və Azərbaycanı müharibəyə cəlb etmək idi. Özbəkistanda yaşayan soydaşlarımız da Ermənistanın Azərbaycana qarşı bu təcavüzkar siyasətini həmişə pisləyib. Ali Baş Komandan olaraq İlham Əliyevin qətiyyətli çıxışlarından və qələbəyə doğru atdığı addımlardan mənəvi güc alırdıq. Qarabağın işğaldan azad olunması uğrunda şanlı Zəfərlə Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə düşdü. Cənab Prezident bu gün dünya azərbaycanlılarına qələbə daddıran lider olaraq böyük sevinc yaşatdırıb. 30 ildən artıq Özbəkistanda yaşayan diaspor rəhbəri olaraq əminliklə bildirirəm ki, soydaşlarımız Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirlər. Biz istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib ölkəmizin həqiqətlərini Orta Asiya respublikalarına çatdırmışıq. Özbəkistanda Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, azərbaycançılıq ideyasının, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görmüşük. Bu gün də Vətənim Azərbaycan üçün əlimizdən gələni edirik”.

Akif Ağatalıbov Prezident İlham Əliyevin Özbəkistana son səfəri haqda da öz fikirlərini bildirdi: “Bildiyimiz kimi, Prezident İlham Əliyev bu ilin iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfəri edib. Bu səfərdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və özbək xalqı Prezident İlham Əliyevi dost və qardaşcasına qarşılayıblar. Daşkənddə geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Bu sənədlərin imzalanması ilə iki ölkə arasında siyasi-iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq daha da güclənəcək.

Xüsusən cənab Prezidentin Xivə şəhərində özbək incəsənət nümayəndələri ilə Azərbaycan dilində səmimi söhbəti hər birimizi qürurlandırdı. Bu görüş bir daha Azərbaycan və özbək xalqlarının qardaş, dost olmasının, mədəni birliklərinin əyani göstəricisidir”.


“Daşkənddə Heydər Əliyev Meydanı Özbəkistandakı soydaşlarımızın milli-mədəni birliyi üçün böyük əhəmiyyət daşıyır”

Akif Ağatalıbov hazırda Özbəkistanda soydaşlarımız arasında mədəni irsimizin geniş təbliğ olunduğunu dedi: “Hər bir xalqın mədəniyyəti onun tarixi keçmişini və milli şüurunun inkişaf səviyyəsini nümayiş etdirən çox mühüm amildir. Bu mənada, tam əminliklə demək olar ki, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi dünya mədəniyyətinin ən qiymətli səhifələrindən biridir. Son illərdə Özbəkistanda soydaşlarımız arasında mədəni irsimizin, klassik ədəbiyyatımızın, folklorumuzun, musiqimizin təbliğində məqsədyönlü iş aparılıb. 2010-cu ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub. Azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir. Bu ilin iyunun 21-də isə Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər. Qeyd edim ki, meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Bu meydan Özbəkistandakı soydaşlarımızın milli-mədəni birliyi üçün böyük əhəmiyyət daşıyır”.

Onun sözlərinə görə, son zamanlarda diasporla işin aparılmasına az da olsa canlanma hiss olunur: “Diasporla İş üzrə Dövlət Komitəsi 20 ildir ki, dövlətin diaspor siyasətini həyata keçirir. Dövlət tərəfindən diaspora daimi diqqət göstərilir. DİDK tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması bunun bariz nümunəsidir. Xüsusən Diaspor Gənclərinin Yay Düşərgələrinin keçirilməsi xaricdəki gəncləri bir araya gətirmək baxımından önəmlidir. Çünki xaricdə yaşayan və fəaliyyət göstərən, eləcə də təhsil alan azərbaycanlı gənclər son zamanlar ictimai fəaliyyətlə də məşğuldurlar. Bu baxımdan gənclərimiz kifayət qədər təşkilatlanıblar və ölkəmizin aktiv təbliğatını aparırlar”.


Fuad Hüseynzadə
Ukraynada azərbaycanlı döyüşçü həlak olub - FOTOUkraynada gedən döyüşlər zamanı daha bir azərbaycanlı – Kərim Qulamov həlak olub.

Bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.

Kərim Qulamov müharibəyə könüllü qoşulmuşdu.

Əslən Lənkərandan olan həmyerlimiz Kərim Qulamov Ukraynada tanınmış televiziya aparıcısı idi.

O, Ukraynaının M1 musiqi kanalında çalışırdı.

Bu il iyulun 26-da Kərimin 35 yaşı tamam olmalı idi. Kərim Qulamov Ukraynanın İrpen şəhərinin sakini idi...

Allah rəhmət eləsin.
Şoyqu Rüstəm Muradova əmr etdi: Ukraynanın bu yerlərini vurun!Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada tapşırıqları yerinə yetirən “Vostok” qrupuna baxış zamanı deyib ki, prioritet Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlarının məhv edilməsidir.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Ordu generalı Sergey Şoyqu qrupun zərbə imkanlarının gücləndiyini qeyd edərək, komandirə Ukraynanın uzaqmənzilli raketlərinin və artilleriyasının yüksək dəqiqlikli silahlarla məhv edilməsini, onlardan Donbas qəsəbələrinin yaşayış məntəqələrinin atəşə tutulmasını və əkin sahələrinin qəsdən yandırılmasını prioritet hesab etməyi tapşırıb”, - məlumatda bildirilib.

“Vostok” qrupunun komandiri, general-leytenant Rüstəm Muradov (Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandiri-red.) “düşmən qüvvələrinin darmadağın edilməsi üçün qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsi üzrə mövcud vəziyyət və gedişat haqqında” nazirə məruzə edib.

Bundan əvvəl Şoyqu ordu generalı Sergey Surovikinin və general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi Rusiyanın “Cənub” və “Mərkəz” qruplaşmalarının komanda məntəqələrinə baş çəkib.
İrandan Türkiyəyə mühüm çağırışRegiondakı böhranların həlli dialoqdan keçir. Türkiyə, Səudiyyə Ərəbistanı və Misir kimi önəmli ölkələrin iştirakı ilə regional dialoq başladılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri İranın Beynəlxalq münasibətlər üzrə strateji şurasının sədri Kamal Xərrazi deyib.

“Qətər dialoq platforması ilə bağlı mühüm təkliflərlə çıxış etdi və Tehran buna hazır olduğunu bildirdi”, - deyə Xərrazi bildirib.

O, eyni zamanda əlavə edib ki, İsrailin İranı hədəf alması durumunda Tehranın buna adekvat cavabı olacaq.