Çin Avropa İttifaqının iki bankına sanksiya tətbiq edib
Dərc olunub:
13-08-2025, 12:33
Çin Avropa İttifaqının iki bankına sanksiya tətbiq edib.
Çinin ticarət nazirliyi xəbər verir ki, sözügedən bankların adları UAB Urbo Bankas və AB Mano Bankasdır.
Sankiyalar Çin vətəndaşlarını və təşkilatlarının bu banklarla tranzaksiya, əməkdaşlıq və digər fəaliyyətlərini qadağan edir.
Nazirlik Avropa İttifaqını Çinlə əlaqələrə dəyər verməyə çağırıb və öz səhvini düzəldəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, ötən ay Avropa İttifaqı Çinə məxsus iki bankı və beş şirkəti Rusiya ilə əməkdaşlıq ittihamı ilə sanksiyaya məruz qoymuşdu.