"Dilin və milli kimliyin keşikçisi”

21-ci əsrin Azərbaycan ədəbiyyatının ən önəmli simalarından biri olan yazıçı, dramaturq, ssenarist Anar haqqında düşüncələrimi bölüşmək ehtiyacı duydum. Onun haqqında yazmaqdan öncə məqaləyə başlıq fikirləşdim və “Dilin və milli kimliyin keşikçisi” adlandırdım. Anar yaradıcılığında milli dəyərlərin, dilimizin saflığının və zənginliyinin qorunmasını hər zaman diqqətində saxlamışdır. O yalnız bir yazıçı və ssenari müəllifi deyil, eyni zamanda dilimizin təmizliyinə və zənginliyinə önəm verən mədəniyyət keşikçisidir. Anar yaradıcılığında türk dilinin zəngin ifadə imkanlarını ön plana çıxarmış, arxaik sözləri dirçəltməklə yanaşı, dilimizə yeni ifadələr və terminlər gətirmişdir. O, əsərlərində xalq danışıq üslubunu ədəbi dillə vəhdətdə təqdim etməklə, dilin həm müasir, həm də milli köklərə bağlı inkişafını təmin etmişdir.

Anarın ssenari müəllifi və rejissor kimi çəkdiyi filmlərdə Azərbaycan dilinin incəlikləri, xalqın düşüncə tərzi və mədəni dəyərləri xüsusi yer tutur. Dialoqların təbii, xalq danışığına yaxın tərzdə qurulması, tamaşaçıya həm məna, həm də milli ruh baxımından yaxınlıq yaradır. --- "Dədə Qorqud" filmində simvolizm: Xüsusilə "Dədə Qorqud" filmində Anar milli mifik düşüncəni, Oğuzların tarixi və mənəvi mirasını incə simvollarla təqdim edir.

Filmdəki öküz simvolu qədim türk mifologiyasında güc, bolluq və torpağa bağlılıq rəmzi olmaqla yanaşı, Oğuz tayfalarının həyat fəlsəfəsini də əks etdirir. Anar bu obrazı filmin ümumi ideyası ilə ustalıqla əlaqələndirərək Şirvanşahlar dövlətinin, İçəri Şəhərin, Şamaxı qapıları üzərində həkk olunmuş iki aslan və buğa simgələrini filmdə canlandırmışdır.

Bu epizodları oğuz döyüşçülərinin geyimlərindəki buğa başı və Beyrəyin aslanla döyüş səhnələrində təqdim etmişdir. Bununla da yazıçı və ssenarist sahib olduğumuz torpaqlarda oğuz izinin daha qədimlərə getdiyini çatdırır. Bu da türk kimliyinin bu torpaqlarda səlcuklulardan daha çox-çox öncə varlığımızın olmasına tariximizə fərqli baxış imkanı yaradır. Bir sözlə, Anarın yaradıcılığı təkcə bədii sözün yox, həm də milli yaddaşın qorunmasının nümunəsidir. Onun əsərləri və filmləri Azərbaycan dilinin incəliklərini, zənginliyini və inkişaf imkanlarını nümayiş etdirərək gənc nəsillərə həm ədəbi, həm də milli irsə sahib çıxmağı öyrədir.

Vasif Əfəndi
Vəhdət Partiyası sədrinin müavini

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər