star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Türkiyədə Azərbaycanla bağlı kitab nəşr olundu

Türkiyədə Azərbaycanın Türk dünyasındakı yeri və əhəmiyyəti ilə bağlı yeni kitab yayımlanıb.

Avrasiya.net xəbər verir ki, innews.media məlumatına görə, kitab İbn Haldun universiteti tərəfindən nəşr olunub.

"Türk dünyası araştırmaları: Azerbaycan” adlı kitab Yaşar Sarı və Ömer Faruk Karaman tərəfindən qələmə alınıb. Kitabın ön sözünün müəllifi isə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri, Dr. Alptekin Cihangir İşbilirdir.

"Azərbaycan coğrafi mövqeyi, tarixi proseslər və mədəni kimliyi baxımından türk dünyası içərisində önəmli yerə sahibdir. Azərbaycan tarixi, mədəni, geosiyasi və strateji xüsusiyyətləri ilə türk dünyasında mərkəzi əhəmiyyətə malikdir. Azərbaycan ilə Türkiyə arasında münasibətlər təkcə dostluq deyil, həm də strateji, dərin və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Bundan əlavə, iki ölkənin əməkdaşlığı türk dünyasının inteqrasiyası və qlobal mənada daha effektiv rol oynaması baxımından çox dəyərlidir…” – kitabın özət hissəsində qeyd edilib.

"Türk Dünyası Araşdırmaları: Azərbaycan” kitabı Türk Dünyası Monitorinq Mərkəzinin təşəbbüsü ilə türk dövlətləri ilə bağlı dərin araşdırmalara yönəlmiş tədqiqat silsiləsinin ilk əsəridir. Bu tədqiqat Azərbaycanın tarix, siyasət, iqtisadiyyat, mədəniyyət və beynəlxalq münasibətlər sahələrində mövcud dinamikasını akademik nöqteyi-nəzərdən araşdırır.

Öz sahələrində mütəxəssis olan gənc tədqiqatçılar tərəfindən hazırlanmış fəsillər II. Qarabağ müharibəsindən tutmuş enerji siyasətinə və ictimai diplomatiyaya qədər geniş spektri əhatə edən çoxölçülü sahələrdə Azərbaycanı aydın şəkildə təhlil edir. Kitab təkcə akademik dairələr üçün deyil, Türk dünyası ilə maraqlanan bütün oxucular üçün dəyərli istinad mənbəyidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər