star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ərdoğanın PKK gedişi ABŞ, Rusiya, Qərb və İrana böyük zərbədir

Yeni terror təşkilatın yaradılacağı ehtimalı...

Türkiyənin inkişafını, onun tarixi möhtəşəmliyinə qayıtmasını əngəlləyən terror təşkilatı PKK-nın özünü buraxması Türkiyənin, Ərdoğan hakimiyyətinin birmənalı tarixi qələbəsidir. PKK-nın terror təşkilatı kimi yaradılmasında Sovet İttifaqının müstəsna xidməti olub. Onun maddi-texniki və hərbi təchizatı da əsasən SSRİ-nin DTK-sı (KQB) tərəfindən təmin edilib. Sonralar da PKK-nın kurasiyası SSRİ-nin, Rusiyanın dövlət xadimi, “KQB”-nin rəhbərlərindən olan Yevgeni Primakovun əlində olub.

Hələ SSRİ dövründə PKK-ya “KQB”-nin hazırladığı və özünü kürd millətinə mənsub kimi qələmə verən ermənilər də yerləşdirilib. Ancaq, SSRİ dağıldıqdan sonra PKK Rusiya ilə paralel ABŞ-nin, Avropanın və İranın da təsirinə düşdü. Ermənilər isə PKK-nın aparacı qüvvəsi kimi rəhbərliyə təsir imkanı əldə etdilər. PKK-nın türk etnosuna qarşı olduqca qəddar, amansız və barışmaz mövqeyinə özlərini kürd kimi sırıyan ermənilərin güclü təsiri vardı.

Türkiyənin, Ərdoğanın yumşaq siyasi gedişləri sərt siyasi kursdan da effektli oldu. Heç şübhəsiz ki, PKK-nın özünü buraxması nə ABŞ-ni, nə Rusiyanı, nə Qərb dairələrini, nə də İranı qane edə bilməz. Yəni, Türkiyə həm daxildə və həm də sadaladığımız xarici qüvvələr üzərində çox uğurlu nəticə əldə etdi.

Orta Asiya türk respublikalarının yunan Kipri tanıması və səfirlik məsələsində Avropa bir növü Türkiyənin qarşısına hədd çəkmiş kimi göründü. Ancaq, Türkiyə PKK ilə bağlı cavabı ilə daha da gücləndi. Sözsüz ki, türk respublikaları da Türk birliyi üçün lazımi addımlardan geri çəkilən deyil.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər