star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ermənistan parlamentində dava: Paşinyan deputatı döymək istədi - VİDEO

Ermənistan parlamentinin mayın 7-də keçirilən iclası qalmaqalla yadda qalıb.

Qalmaqala səbəb müxalifətdən olan bəzi qadın deputatların Baş nazir Nikol Paşinyanın əsəblərini tarıma çəkməsi olub.

Xüsusilə “Hayastan” fraksiyasından olan deputat Anna Qriqoryanın iqtidarı korrupsiyada suçlaması Nikol Paşinyanı özündən çıxarıb.

“Paşinyan hökuməti Ermənistan Respublikasının büdcəsini iki dəfə artırıb və Ermənistana 4,2 milyard dram əlavə gəlir gətirib”, - deyə Baş nazir müxalif deputatın ittihamına cavabında bildirib.

O əlavə edib ki, bu gün müxtəlif korrupsioner məmurların mənimsədiyi qeyri-qanuni əmlakın müsadirəsi nəticəsində dəyəri 5 milyard dollardan çox olan mülk Ermənistan Respublikasına xidmət edir.

Deputat Anna Qriqoryan isə Baş nazirin cavabları ilə qane olmayaraq ittihamlarına davam edib: “Mən hələ də başa düşə bilmirəm ki, hər gün mediada yeni korrupsiya faktları ortaya çıxanda insan nə ilə fəxr edə bilər?”

O, Paşinyanı siyasi iradəsizlikdə də suçlayıb.

“Unutmayın ki, təkcə sizin hakimiyyətin dövründə 7 milyard borcumuz yığılıb! Eyni yolu ildə 5 dəfə təmir edirsiz, başqa strateji əhəmiyyət kəsb edən heç nə tikilmir”.

Paşinyan isə belə cavab verib: “Siz sadəcə olaraq yalan danışırsınız! Oturun, susun, əsəblərimə toxunmayın...”

Anna Qriqoryanın yenidən çıxışa cəhd etməsi Paşinyanı bir az da qəzəbləndirib.

“Mən sizə dedim ki, oturun və əsəblərimi pozmayın!”, – Paşinyan qəzəblə deyib.

Bundan sonra zalda vəziyyət gərginləşib, qışqırıqlar eşidilib. Ermənistan parlamentinin sədri canlı yayımın söndürülməsinə göstəriş verib. Paşinyan tribunadan düşəndən sonra da vəziyyət sakitləşməyib və o, hətta müxalif deputatın üzərinə yeriyərək onu hədələyib. Araya girən digər deputatlar baş naziri sakitləşdirməyə çalışıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər