Zelenski strategiya və taktikasını dəyişməlidir
Ukrayna hakimiyyətinin ABŞ-la münasibətlərə yanaşmasını vaxtında dəyişməməsi Kiyevlə Vaşinqton arasında fikir ayrılığına səbəb olub.
Avrasiya.net xəbər verir ki, bu barədə Amerikanın “The National Interest” jurnalı yazıb.
Məqalə müəllifi vurğulayır: “Ukraynanın Donald Trampla Co Baydenlə rəftar etdiyi kimi davranmağa gücü çatmaz. Qeyd olunur ki, Ağ Evdəki fevral qalmaqalından sonra məlum olub ki, Vladimir Zelenski və komandası strategiya və taktikalarını dəyişməlidir.
Nəşr qeyd edir ki, “tələblər və müraciətlər Tramp kimi praqmatik liderlə işləmir. Jurnal yazır ki, respublikaçı Zelenskiyə ilk prezidentlik dövründə impiçment qalmaqalını heç vaxt bağışlamayıb. Üstəlik, o vaxtdan bəri Ukrayna ABŞ-da özünü istənilən siyasi müzakirəyə baş vurmağa cəhd etməkdə davam edir.