star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Vaşinqtonda tarixi zirvə: Cənubi Qafqazda sülhün yeni erası

Dr. Vüqar Şahbazlı,
ABŞ-dakı Millennial Siyasi Mərkəzin təsisçi üzvü


2025-ci il avqustun 8-də Vaşinqton şəhəri Cənubi Qafqaz tarixinin ən mühüm siyasi hadisələrindən birinə şahidlik etdi. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüş sülhün Cənubi Qafqazda bərqərar olması istiqamətində atılmış ən mühüm və tarixi addımlardan biri kimi yaddaşlara həkk olundu.

Dünyanın siyasi mərkəzində — Vaşinqton şəhərində — bu tarixi hadisəyə canlı şahid olmaq biz Amerika Azərbaycanlıları üçün böyük şərəf və qürurdur. Biz hər zaman ABŞ–Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasına çalışmışıq. Bu gün həmin səylərin ən yüksək siyasi səviyyədə nəticə verdiyini görürük.
Diplomatik Zəfər: Sülh Sazişinin Paraflanması
Vaşinqton görüşünün əsas nailiyyəti sülh sazişinin paraflanması, regionda yeni nəqliyyat-logistika xəritəsinin formalaşdırılması və strateji əməkdaşlıq perspektivlərinin açılması oldu. Azərbaycan öz “Hərbi Zəfərinin” beşinci ildönümünü “Diplomatik Zəfər”lə tamamladı. Təsadüfi deyil ki, hər iki tarixi hadisə təqvimdə 8 rəqəmi ilə əbədiləşdi — bu, Prezident İlham Əliyevin illərlə apardığı ardıcıl diplomatik strategiyanın məntiqi nəticəsidir.

Saziş sərhədlərin delimitasiyası, diplomatik münasibətlərin qurulması, qarşılıqlı tanınma prinsiplərini özündə ehtiva edir. Liderlər həmçinin Minsk Qrupunun fəaliyyətinə son verilməsi üçün ATƏT-ə birgə müraciət göndərmək barədə razılığa gəldilər. Ermənistan Konstitusiyasında dəyişiklik öhdəliyi isə sülhün təmin olunmasında həlledici şərt kimi qəbul edildi.

Strateji tərəfdaşlıq xartiyası: Gələcəyə yol xəritəsi

İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün İşçi Qrupunun yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu sənəd qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.

Prezident İlham Əliyev ABŞ-la münasibətlərin Bayden dövründə zəiflədiyi bir vaxtda, Donald Tramp administrasiyasının cəmi altı ay ərzində Bakını yenidən Vaşinqtona yaxınlaşdırmağa nail oldu. Xüsusilə, Azadlığa Dəstək Aktına daxil olan 907-ci düzəlişin Prezident Əliyevin iştirakı ilə ləğvi həm tarixi, həm də rəmzi xarakter daşıyır — Azərbaycan artıq donor ölkəyə çevrilmişdir və xarici yardıma ehtiyacı yoxdur.
Regional Maneələrin Aradan Qaldırılması
Minsk Qrupunun ləğvi istiqamətində atılan addım, 44 günlük Vətən müharibəsindən sonra iflic vəziyyətinə düşmüş bu qurumun funksiyasının formal olaraq dayandırılması deməkdir. Sülh sazişinin paraflanması və Minsk Qrupunun ləğvi regionun gələcək inkişafı üçün ilk böyük maneəni aradan qaldırdı.

“TRIPP” Marşrutu və Nobel Sülh Mükafatı Namizədliyi
Prezident İlham Əliyev görüşdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılmasını yeni tarixi nailiyyət kimi təqdim etdi. ABŞ-ın liderliyi ilə region ölkələrini birləşdirəcək bu nəqliyyat marşrutu iqtisadi əməkdaşlığın və qarşılıqlı asılılığın güclənməsinə xidmət edəcək.

Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi ABŞ-ın prosesdəki rolunu yüksək qiymətləndirərək Prezident Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdülər. Şübhəsiz, cənab Tramp bu mükafata tam layiqdir.

Tarixdə Qalacaq Görüntü

Cənab Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin göstərdiyi fədakar və davamlı səylər, Vaşinqton görüşünün uğurla reallaşmasında və Azərbaycan-ABŞ-Ermənistan münasibətlərinin yeni mərhələyə qədəm qoymasında danılmaz rol oynayıb.Bu, yalnız Azərbaycanın deyil, bütün regionun gələcəyini dəyişdirəcək qlobal miqyaslı hadisədir. Prezident İlham Əliyevin Ağ Evdəki qürurlu, məğrur qalib duruşu yaddaşlardan silinməyəcək, tarix kitablarının səhifələrində əbədi qalacaq.
Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhlarını şad, məkanlarını cənnət etsin.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər