İranda daha 9 məhbus edam edildi
Dərc olunub:
11-08-2025, 21:21
İranın Məşhəd, Təbriz, Kirmanşah, Əhvaz, Ərak və Səravan şəhərlərinin həbsxabalarında 9 məhbus edam edilib.
Bununla bağlı İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Edam edilənlər narkotik maddələrin alveri və qətldə günahlandırılıblar.
Bununla da cari ildə kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 767-yə çatıb. Onlardan 19-u qadındır.