Azərbaycan və İranın beyin mərkəzləri memorandum imzaladı

Azərbaycan və İranın beyin mərkəzləri memorandum imzaladıBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, sənəd “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusundakı tədbir çərçivəsində imzalanıb.

Memoranduma əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub.

Sənəd BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev və İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırm alar Mərkəzinin rəhbəri (IPIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə tərəfindən imzalanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər