Zmeyni adasını bu silah xilas etdiUkraynanın Qərb tərəfdaşlarından aldığı “Harpun” gəmi əleyhinə raketləri olan buraxılış qurğuları Zmeyni adasının azad edilməsində əsas rol oynayıb.

Bu sözləri ukraynalı ekspert Oleq Jdanov deyib.

"Zmeyni adasını lakmus sınağı, bir indikator kimi qəbul etmək olar. "Harpun" raket sisteminin meydana çıxması Zmeyni adasını Rusiyanın Qara dəniz donanmasının dəstəyindən və təminatından məhrum etdi".

Ekspertin fikrincə, adanın itirilməsi Rusiyanı Qara dənizin cənub-qərb hissəsindəki akvatoriyaya nəzarətdən məhrum edib.
Özbəkistanın zəif bəndi QaraqalpaqıstanÇağdaş dünyada və regionumuzda sürətlə dəyişən geosiyasi proseslər, türkdilli ölkələr arasında əməkdaşlığın son dövrlər genişlənməsi bəzi qüvvələri ciddi narahat etməkdədir. Özbəkistanda son günlər baş verən Qaraqalpaqıstan çaxnaşması təsadüfi məsələ deyil. Bu Rusiyanın Özbəkistan dövlətinə qarşı təzyiq, təhdid vasitələrindən biridir. Xüsusilə, dövlətçiliyi və siyasi immuniteti zəif olan ölkələrdə belə təzyiqlər daha ağrılı olur.

Rusiya-Ukrayna müharibəsinin ağır məqamında, partlamayan Qaraqalpaq minasının işə salınması bugünkü dövrdə Şimal qonşumuzun nəyinə lazımdır? Deməli, lazımdır. Böyük potensialı və kifayət qədər sosial-iqtisadi problemləri olan Rusiya gorbagor olmuş SSRİ –ni diriltmək fikrindən hələki vaz keçməyib. Məhz buna görə də MDB məkanında zəif bənd axtarır. Amma bütün bu cəhdlərin, separatizmə dəstəyin, partlamayan minaların işə salınmasının heç bir faydası olmayacaq. Artıq Mərkəzi Asiya Respublikaları əvvəlki kölə vəziyyətdə deyil. Bunu 2022-ci ilin yanvar ayında baş verən Qazaxıstan hadisələri, qazaxların öz milli dövlətləri üçün mücadiləyə hazır olduqları və digər məqamlar sübut edir. Hətta Rusiya-Ukrayna müharibəsinin davam etməsi Şimal qonşumuzun əvvəlki kimi hegemon gücdə olmadığını çılpaqlığı ilə ortalığa çıxarıb.

Prosesləri izləyəndə bu qənaətə gəlmək olar ki, Türkiyə daxil olmaqla bütün türkdilli ölkələrin inteqrasiyasında praktik addımlar atılmalıdır. Bəlağətli şüarlarla bərabər ciddi hədəflərə söykənən iqtisadi layihələrin icrası sürətlənməlidir. Çünki Türk birliyi bəşəri prinsiplərə, əxlaqi dəyərlərə söykənən əməkdaşlıq modelidir. Dünyada çox fərqli bir proses yaşanır. Bu gün geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Türk birliyində ən önəmli məqamlarlardan biri odur ki, dünyada gedən proseslər dərindən təhlil olunaraq türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlığın dərinləşməsi əsas hədəflər sırasındadır.

Bu gün Türkiyənin və Azərbaycanın regionda, dünyada rolu, əsas strateji hədəfləri ümumilikdə birliyə mühüm töhfədir. Bu müsbət tendensiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini özündə ehtiva edir. Türkdilli ölkələr arasında əməkdaşlıq modeli möhkəmləndikcə xarici təhdidlərin heç bir perspektivi olmayacaq

Sonda Özbəkistanın zəif bəndi olan Qaraqalpaqıstan haqqında bəzi resurslardan əldə etdiyimiz qısa məlumatları qeyd etmək istərdim. Qaraqalpaqıstan Özbəkistanın şimal-qərbində yerləşir. Paytaxtı və ən böyük şəhəri Nukus şəhəridir. Ümumi sahəsi 166,600 kvadrat kilometrdir. Qaraqalpaqıstan 14 inzibati rayona bölünmüşdür. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi vardır. Qaraqalpaq türklərinin 92%-i Qaraqalpaqıstanda yaşayır.

Qaraqalpaq dili qıpçaq qrupunun qıpçaq-noqay as bölümünə daxildir. Səs və tələffüz xüsusiyyətləri baxımından bu cəhətlər ön plana çıxır. Yazı dili bütün Türküstan əhalisinin XIX əsrin sonuna qədər müştərək istifadə etdikləri türkcədir. Danışıq dilləri qazax və qırğızcaya çox yaxındır. Göründüyü kimi qaraqalpaqlarda türkdür. Türkdilli xalq arasında nifaq salmaq isə yalnız məkrli qüvvələrin planları ola bilər. Gəlin qara qüvvələrin fitnəsinə uyub zəif bənd olmayaq.

Əkrəm Bəydəmirli
Ruslar Ukraynanın taxıl anbarlarını vurdularBu gün səhər saatlarında Rusiya ordusu Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirib.

Bu barədə Odessa şəhər administrasiyasının spikeri Sergey Bratçuk bildirib.

"Sübh çağı düşmən vilayət rayonlarından birinə iki raket atıb. İki kənd təsərrüfatı obyekti vurulub, 35 ton taxıl məhv edilib", - o qeyd edib.
 Bratçukun sözlərinə görə, İlan adasının yanalma körpüsü də raket zərbəsi nəticəsində xeyli zədələnib.
Rusiya hərbi əməliyyata fasilə verdiÖtən gün ilk dəfə olaraq Rusiya Ukraynanın yeni ərazilərinin ələ keçirilməsi ilə bağlı heç bir açıqlama verməyib. Bu da təcavüzkarın hərbi əməliyyata fasilə verdiyini göstərir.

Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.

“Bununla belə, Rusiya qüvvələri iyulun 6-da bütün istiqamətlərdə məhdud və uğursuz quru hücumlarını davam etdirib. Bu cür cəhdlər Rusiyanın əməliyyat fasiləsinə getdiyini göstərir. Lakin bu, aktiv döyüş əməliyyatlarının tam dayandırımaq deyil. Rusiya qüvvələri daha böyük hücum şəraiti yaratmaq üçün nisbətən kiçik hücumlarla məhdudlaşacaqlar”, - məlumatda deyilir.

İnstitut Kremlin Rusiya iqtisadiyyatını Ukraynada uzun sürən müharibə hazırladığına da diqqət çəkib:

“Bunu Dövlət Dumasının əmək münasibətlərinin tənzimlənməsinə dair qəbul etdiyi qanunlar sübut edir. Bunlardan biri məmurlara işçiləri şəxsi məzuniyyətdən geri çağırmağa, onların razılığı olmadan məzuniyyət vaxtını dəyişdirməyə və işçilərin həftə sonları, bayram və gecələr işləməsini tələb etməyə icazə verə bilər. Bu tədbirlər Kremlə Rusiya iqtisadiyyatının əksər aspektləri, o cümlədən bəzi işçilərin müntəzəm olaraq istifadə etdiyi hüquq və müdafiələrin dayandırılması üzərində daha birbaşa nəzarət əldə etməyə imkan verir”.
Türkiyə bu gəmiləri Qara dənizə buraxmırHazırda dünya ciddi qida böhranı ilə üz-üzədir. Ukrayna anbarlarında yığılıb qalan 20 milyon tondan çox taxılın dünya bazarlarına çıxarılması üçün hər şeydən öncə təşkil ediləcək dəhlizin təhlükəsizliyi təmin edilməlidir. Bunun üçün də Türkiyə öz üzərinə məsuliyyət götürüb, tərəflərlə danışıq aparır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi Əli Fuad Gökçə deyib.

Gökçə burada əsas məsələlərin minaların təmizlənməsi, təxribat ehtimallarının sıfra endirilməsi və Montrö anlaşmasının pozulmaması olduğunu bildirib:

“Ukraynadan göndərilən taxıl yüklü gəmilərin Türkiyə boğazları vasitəsilə dünya bazarına çıxarılmasında əsas maneə Qara dənizdə olan minalardır. Digər ən önəmli məsələ həmin gəmilərin təxribat törədilməsi məqsədilə vurulması ehtimalıdır. Problemin həlli üçün Türkiyə əvvəl də bir sıra ölkələrlə danışıqlar aparıb. Rumıniya və Bolqarıstan sözügedən məsələyə soyuq yanaşdı. Çünki dəniz minalarının təmizlənməsi, zərərsizləşdirilməsi ilə bağlı kifayət qədər texnikaları və mütəxəssisləri yoxdur. Rusiya və Ukrayna isə düşmən olduqları üçün bir-birilərinə güvənmirlər. Türkiyə də bölgənin ən güclü ölkələrindən biri kimi dəniz minalarının təmizlənməsi məsələsində təşəbbüsü öz üzərinə götürdü. Rəcəb Tayyib Ərdoğan dəhlizlə bağlı NATO ilə deyil, BMT Baş katibi ilə də bir neçə dəfə danışıq aparıb. Çünki NATO Ukrayna müharibəsində tərəfdir, BMT isə deyil. Ankara özü də müxtəlif ölkələrə məxsus gəmilərin Qara dənizə daxil olmasını istəmir. Çünki sözügedən ölkələr taxılı yalnız hərbi gəmilərin müşayiət etdiyi yük gəmiləri ilə daşıya biləcəklərini qeyd edirlər. Bu da Montrö müqaviləsi şərtlərinin pozulması deməkdir. Bütün baş verənlər bölgədə Türkiyəsiz nə enerji, nə də qida təhlükəsizliyinin təmininin mümkün olduğunu göstərir”.
İranda xarici diplomatlar saxlanıldıİslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədə casusluqda şübhəli bilinən bir neçə xarici diplomatı saxlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli kanallara istinadən məlumat yayıb.

Saxlanılan şəxslər arasında Britaniyanın nümayəndəliyinin rəhbərləri də var. Diplomatların hazırda harada olduğu məlum deyil.

SEPAH bildirib ki, saxlanılan diplomatlar casusluq edib, onlar təşkilatın sınaq həyata keçirdiyi qadağan olunmuş ərazidə torpaq nümunləri toplayıblar.
Putin məhbusları döyüşə göndərir - Sağ qalanlar əfv olunacaqRusiyanın Ukraynaya qarşı başladığı xüsusi hərbi əməliyyatlar beş aya yaxındır ki, davam edir. Bu vaxt ərzində ciddi itkilər verən Rusiya yeni yollara əl atmağa başlayıb. Belə ki, Rusiyada ciddi hərbçi çatışmazlığı olduğundan döyüşə məhbuslar da daxil ediləcək.

Britaniyanın “Dailymail” qəzeti xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin kadr probleminə həll yolu tapmaq üçün fövqəladə qərar qəbul edib.

Məlumata görə, Rusiya Ukraynada döyüşmək üçün məhbusları cəlb etməyə başlayıb. Bildirilir ki, əməliyyatı Putinlə əlaqəsi olduğu bilinən "Vaqner" qruplaşması həyata keçirir.

Qruplaşma məhbusları Ukraynada "nasistləri "öldürmək üçün bir araya toplayır.

Döyüşə cəlb olunan hər məhbusa aylıq təxminən 1000 manata yaxın maaş verildiyi, 6 aydan sonra sağ-salamat qayıtdıqları təqdirdə cəzalarının ləğv ediləcəyi açıqlanıb.

Artıq Rusiyanın Yablonevka, Obuxovo və Fornosovo həbsxanalarında məhbusların toplanmasına start verilib.

Məhbuslardan birinin qohumu bildirib ki, ötən həftənin beşinci günü axşam saatlarında məhbuslarla danışıqlar başlayıb:

"Məhkumlara deyilib ki, nasistləri tapmaq asan deyil, ona görə də hamı geri qayıda bilməyəcək. Hakimiyyət bəyan edib ki, gedənlərin yalnız 20 faizinin geri dönməsini gözləyirlər. Sağ qalan məhbuslar əfv olunacaq, onlara 200 min rubl pul və mükafat veriləcək. Ölənlərin ailələrinə də 5 milyon rubl təzminat vəd edilib. Amma bütün bu razılaşmalar yalnız şifahi olacaq və heç vaxt kağız üzərində yazılmayacaq”.

Digər mənbəyə görə, həbsxanalardan 200 nəfərin qeydiyyatdan keçmək istədiyini, lakin 40 nəfərin işə götürüldüyü qeyd olunub. Eyni zamanda məhbusların yalan detektoru ilə sınaqdan keçirildiyi iddia edilir.

Rusiyada ilkin olaraq "işə qəbul" kampaniyası yalnız əvvəllər hərbi xidmətdə olanlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu xəbər Rusiyadakı məhbusların ailələri tərəfindən birmənalı qarşılanmayıb, bir çoxları buna etiraz ediblər.
“Ukrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa İttifaqındadır” - Şarl MişelUkrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa İttifaqı (Aİ) daxilindədir.

APA xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentində çıxışında deyib.

“Kremlin Ukraynaya qarşı barbar müharibəsi qitəmizdə tektonik dəyişikliyə səbəb oldu və yeni geosiyasi reallıq yaratdı. Biz Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəldik. Bu ölkələrin gələcəyi Avropa İttifaqı daxilindədir”, - Aİ Şurasının Prezidenti vurğulayıb.

O bildirib ki, Ukrayna və Moldovaya namizədlik statusunun verilməsi həm Aİ ölkələrinin, həm də bu ölkələrin xalqları üçün güclü siqnaldır:

“Ehtiyac olduğu müddətdə biz Ukraynanın yanında olacağıq, dəstək verməyə davam edəcəyik. İndiyə qədər biz Ukraynaya hərbi dəstək vermişik və bu davam edəcək. Həmçinin, maliyyə dəstəyimiz də davam edəcək”.
Azərbaycan və İran SES-lərlə bağlı işləri sürətləndirəcəkAzərbaycan və İran “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin icrasından irəli gələn məsələlər və atılacaq növbəti addımlar müzakirə edib.

 Energetika Nazirliyinin verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazov ilə İranın energetika naziri Əli Əkbər Mehrabian arasında keçirilən geniş tərkibli görüşdə bildirilib.

Məlumata görə, hidroqovşaqlar və su elektrik stansiyaları ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb və inşa prosesinin tezliklə yekunlaşdırılmasının hər iki ölkə üçün əhəmiyyətli olacağı bildirilib.

Görüşdə iki ölkə arasında ortaq tarixi və dost münasibətlərin inkişafına dövlət başçıları tərəfindən xüsusi önəm verildiyi qeyd edilib. Bu yaxınlarda Azərbaycan və İran prezidentlərinin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində keçirilmiş görüşünün gələcək əməkdaşlıq üçün əhəmiyyətindən bəhs edilib.

Bir çox sahələrdə olduğu kimi ikitərəfli enerji əməkdaşlığı ilə bağlı da qarşıya mühüm vəzifələrin qoyulduğu və bu görüşün birgə həyata keçirilən enerji layihələrinin inkişafına töhfə verəcəyi bildirilib.

Müzakirələr zamanı iki ölkənin energetika sahəsində əməkdaşlıq gündəliyində olan digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Ölən erməni hərbçilərin ailələri yenidən aksiya keçirirQarabağda 44 günlük müharibə zamanı ölən əsgərlərin valideynləri yenidən Ermənistan Baş Prokurorluğunun binası yaxınlığında aksiya keçirərək, dövlətə xəyanət işinin Milli Təhlükəsizlik Xidmətinə verilməsini tələb edirlər.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

“Bir aydan çoxdur ki, hazırda İstintaq Komitəsi tərəfindən araşdırılan işdə irəliləyiş yoxdur. Biz bu struktura etibar etmirik və işin Milli Təhlükəsizlik Xidmətinə ötürülməsində israrımızı davam etdiririk”, - aksiya iştirakçıları bildiriblər.