Putin göstəriş verdi: ABŞ-la "böyük bazarlıq" başlayır

Putin göstəriş verdi: ABŞ-la "böyük bazarlıq" başlayırKreml Rusiyanın iri dövlət şirkətlərinə ABŞ-la böyük sövdələşmələr üçün təkliflər hazırlamağı tapşırıb.

Bu barədə “Moskva Tayms” hazırkı məmurların, diplomatların və Rusiya dövlət korporasiyalarındakı mənbələrin şərhlərinə istinadən məlumat yayıb.

Şirkətlərə təkcə Ukraynada atəşkəs deyil, həm də təsir dairələrini əhatə edən “geniş əsaslı saziş” bağlamaq üçün ABŞ Prezidenti Donald Trampı maraqlandıra biləcək nəsə tapmaq tapşırıldığı vurğulanır.

"Hökumət, nazirliklər və korporasiyalar gecə və istirahət günləri də daxil olmaqla, tam sürətlə işləyir, iqtisadiyyatın əsas sektorları üçün təkliflər hazırlanır. "Rosatom" və "Rosneft" öz təşəbbüslərini bölüşdülər. "Polyus Gold" qızıl yataqları ilə bağlı yeni məlumatları Kremlə ötürüb. İşə "Rusal" və digər strukturlar da qoşulub", - mənbə bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər