Pasxa atəşkəsi münaqişənin həllinə atılan addımdır

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi Pasxa atəşkəsindən sonra Ukrayna münaqişəsinin uzunmüddətli həlli mümkün ola bilər.

Avrasiya.net xəbər verir ki, RİA Novosti bu barədə müsahibə götürülmüş amerikalı ekspertlərə istinadən yazır.

Xatırladaq ki, şənbə günü, aprelin 19-da Rusiya prezidenti Vladimir Putin aprelin 21-i gecə yarısına qədər qüvvədə olan Pasxa atəşkəsi elan edib.

Ohayo Universitetinin politoloqu Con Müller bu addımın uzunmüddətli atəşkəsə gətirib çıxaracağına ümid etdiyini bildirib. "Bu, hər iki tərəfə lazımdır" deyib.

Kaliforniya Texnologiya İnstitutunun professoru Doredik Kiviet hesab edir ki, Pasxa atəşkəsi Moskvanın münaqişəni həll etməyə hazır olduğunu göstərir. “İstənilən atəşkəs atəşkəs olmamasından yaxşıdır... Putin münaqişənin eskalasiyasında maraqlıdır”, - deyə ekspert fikirlərini bölüşüb.

Salem Universitetinin siyasi elmlər professoru Kanişkan Sathasivam əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Pasxa bayramı öncəsi vəziyyətin həllinə ümid edirdi və Rusiya liderinin təklifi Vaşinqtona Moskvanın sülh istədiyini göstərir.

Bundan əvvəl Kornell Universitetinin professoru Riçard Bensel bəyan etmişdi ki, Kiyev Pasxa atəşkəsinə əməl etmədiyinə görə ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh danışıqlarından çıxa bilər. Ekspertin fikrincə, Tramp gözlənilməz insandır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər