star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Qırğızıstanda "Rus evi"nin əməkdaşı həbs edilib

Qırğızıstanda "Rus evi"nin əməkdaşı həbs edilibQırğızıstanın Oş şəhərində fəaliyyət göstərən "Rus evi"nin əməkdaşı Natalya Sekerina muzdluların cəlb edilməsində şübhəli bilinərək saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə TASS-a Qırğızıstan Ali Məhkəməsindən bildirilib.

"Bişkek şəhəri Pervomayski rayon məhkəməsinin qərarı ilə Qırğızıstan Respublikası Dövlət Milli Təhlükəsizlik Komitəsinin Baş İstintaq İdarəsinin müstəntiqinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi ilə bağlı vəsatəti təmin edilib", - deyə məhkəmənin mətbuat xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Sekerina barəsində "istintaq müddətinə, yəni 17 iyun 2025-ci ilə qədər həbs şəklində qətimkan tədbiri" seçilib.

Vətəndaşlığı hazırda dəqiqləşdirilən şübhəli şəxs, Qırğızıstan Cinayət Məcəlləsinin digər dövlətlərin silahlı münaqişələrində və ya dövlət hakimiyyətinin devrilməsinə və ya ərazi bütövlüyünün pozulmasına yönəlmiş zorakı hərəkətlərdə istifadə etmək məqsədilə muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, maddi təminatı, təlimi, həmçinin hərbi münaqişələrdə və ya hərəkətlərdə muzdluların istifadəsi ilə bağlı maddəsi üzrə istintaq çərçivəsində saxlanılıb.

Cinayət Məcəlləsinə əsasən, belə bir cinayətin törədilməsinə görə maddənin hissəsindən asılı olaraq 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Birinci hissə 7 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.

Bu iş üzrə Sekerina ilə birlikdə Oş şəhər meriyasının mətbuat xidmətinin əməkdaşı da daxil olmaqla daha dörd nəfər saxlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər