İranda güclü partlayış: ölənlərin sayı 65-ə çatdı
Dərc olunub:
28-04-2025, 20:59
İranın Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, 138 nəfər xəstəxanadadır və onlara tibbi yardım göstərilir.
***
Şəhid Rəcai limanında partlayış nəticəsində ölənlərin sayı 65-ə çatıb.
Bu barədə Hörmüzqan vilayətinin valisi məlumat verib.