star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İran televiziyasında birinci xəlifə təhqir edildi - Qalmaqal

İran televiziyasında birinci xəlifə təhqir edildi - Qalmaqalİran televizyasının birinci kanalında müsəlmanların birinci xəlifəsi Əbu Bəkrin (Əbu Bəkr əs-Siddiq Abdullah ibn Əbu Quhafə Osman ibn Amir əl-Qüreyşi ət-Teymi) təhqir olunması ölkədə yaşayan sünni məzhəbli müsəlmanların etirazları ilə qarşılaşıb.

Kult.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, Əbu Bəkr aprelin 23-ü axşam saatlarında “Simaye xanevade” (Ailənin simasi) adlı verilişdə təhqir olunub, onun islam dünyasına mənsubluğu şübhə altına alınıb.

Bundan sonra sünni məzhəbli din xadimləri sosial media platformalarında paylaşım edərək, dövlət televizyasını müsəlmanlar arasında nifaq salmaqda günahlandırıblar.

Etiraz paylaşımları və bəyanatlarının artmasından sonra dövlət televizyası bəyanat yayaraq, hadisəni “bağışlanılmaz və şübhəli” adlandırıb, sünnilərdən üzr istəyib və televiziyanın bölmə rəisi və aparıcının işdən çıxarıldığını elan edib.

Dövlət televizyası bununla yanaşı verilişin bütün platformalardan silindiyini, verilişin hazırlanması və yayılmasında əməyi olan daha 8 nəfərin məhkəməyə verildiyini və barələrində cinayət işi açıldığını bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər