Putin və Zelenski razılaşarsa...
Bir müddət əvvəl Donald Tramp ABŞ-ın yaxın günlərdə Ukrayna ilə təbii ehtiyatlarla bağlı istədiyi müqaviləni imzalayacağını bildirmişdi. Faktiki Ukraynanı ABŞ. - ın müstəmləkəsinə çevirəcək həmin təbii ehtiyatlarla bağlı müqaviləyə ABŞ əslində hələ 2022-ci ildə hesab götürmüşdü. Ukrayna və Zelenskini çıxılmaz vəziyəti ilə şantaj edən Donald Tramp, Ukraynanın həmin o müqaviləni imzalayacağına əmin olandan sonra, ABŞ vasitəçiliyi ilə Rusiya - Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar nəticə vermədiyi halda geri çəkiləcəyini bildirdi.
Gizli deyil ki, ABŞ və Ukrayna arasında ABŞ - ın istədiyi təbi ehtiyatlarıla bağlı müqavilə imzalanarsa, ABŞ müstəmləkəsi formasına gətirdiyi Ukraynada maraqlarını qorumaq üçün hərbi mövcudluğunu təmin etməlidirlər. Deməli, Rusiya heç bir halda ABŞ-la Ukrayna arasında həmin o təbii ehtiyatlarla bağlı müqavilənin imzalanmasına yol verməməlidir.
Ukraynanın faktiki ikiyə bölünməsi və Rusiyanın sərhədlərinə ABŞ ordusunun yerləşməsinin çox yüksək ehtimalı Rusiya və Ukraynanın hər ikisinin milli maraqlarına qəti ziddiyətli olduğundan Rusiya və Ukraynanın yaxınlaşması mümkün və gözləniləndir. Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə ikitərəfli danışıqlara getmək istəyinə Ukrayna prezidenti Vladimir Zelenskinin müsbət reaksiyası Rusiya-Ukrayna müharibəsinin dönüş nöqtəsidir.
Əgər, Rusiya və Ukrayna ikitərəfli danışıqlarla müharibənin dayandırılmasına gedərsə, demək ABŞ - ın Ukrayna ilə arzuladığı təbii ehtiyatlarla bağlı müqaviləsi imzalanmayacaq, ən azı Ukraynanı müstəmləkəyə çevirəcək formada. Bu müqavilə ABŞ-ın Çinlə mübarizəsində həyati əhəmiyyətli şərtlərdəndir. Rusiya Ukrayna razılaşması bütün nəticələrinə görə həm də Çinin maraqlarına tam uyğun gəlir. İndiki vəziyyətdə Ukrayna və Rusiyanln razılaşması həri iki tərəfin məcbur getdiyi nəticə olsa da, hər iki tərəfə çox sərfəlidir.
Ehtimal var ki, Putin və Zelenski razılaşarsa, Ukrayna Tramp administrasiyası ilə əlaqələrini dayandıra da bilər.
Vüqar Dadaşov
Son xəbərlər