Ərdoğan xalqa müraciət edibÖtən qış başladığımız təbii qaz istehlakına dəstək proqramını bu il də davam etdirəcəyik. Ev sahibi və ya kirayəçisindən asılı olmayaraq bu dəstəkdən yararlanmaq istəyən bütün vətəndaşlar 5 sentyabr tarixindən etibarən elektron hökumət vasitəsilə müraciət edə bilərlər.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində ifadə edib.

Hökumətin ötən iclasından bu günə qədər ölkənin xarici və daxili siyasətində baş verən proseslər, həyata keçirilən tədbirlər, eləcə də əhalinin sosial-rifahının yüksəlişi istiqamətində atılan addımlar barədə ümumi məlumat verən Prezident Ərdoğan Samsunda keçirilən Aerokosmik və texnologiya festivalı “TEKNOFEST-2022 Qara Dəniz”in nəticələri, Malazgirt Zəfərinin 951-ci ildönümü münasibətilə təşkil olunan möhtəşəm tədbirlərin mahiyyəti, Zəfər bayramının yüzüncü ildönümü və s. mühüm məsələlərə dair fikir və mülahizələrini bölüşüb.

Dövlət başçısı hökumətin həyata keçirdiyi sosial-iqtisadi proqramların dayandırılmayacağını və heç bir prosesin bu məsələləri əngəlləyə bilməyəcəyini diqqətə çatdırıb.
Rusiya 150 min şagirddən "qalxan" kimi istifadə edirRusiya işğalçıları Ukraynada daha bir çirkin taktikaya əl atıb.

Bunu Ukrayna Baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk deyib.

Vereşşuk qeyd edib ki, yeni tədris ilinin başlaması ilə Rusiya Müdafiə Nazirliyi müvəqqəti işğal olunmuş ərazilərdə ukraynalı məktəblilərdən canlı qalxan kimi istifadə edir:

“Uşaqların həyatı və sağlamlığı üçün təhlükə olmasına baxmayaraq, Ukraynanın işğal olunmuş hissəsində işğalçılar şagirdləri məktəbə getməyə məcbur edirlər. Söhbət ən azı 150 min şagirddən gedir”.
Ukraynadan Krım əhalisinə çağırış: Hazır olun!Krımın və işğal altında olan digər ərazilərin sakinləri işğaldan azad olunma dövrünə indidən hazırlaşmalıdırlar.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“İşğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının sakinlərindən işğaldan azad etmə tədbirləri zamanı hökumətin tövsiyələrinə əməl etmələrini xahiş edirik. Sığınacaq düzəldin, kifayət qədər miqdarda su ehtiyatı toplayın”, - Podolyak bildirib.
Rusiya Ukraynaya üç istiqamətdə yeni zərbəyə hazırlaşırRusiya ordusu Ukraynaya eyni anda üç istiqamətdən yeni zərbələr hazırlaya bilər.

Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Bu yolla Kreml hücum illüziyası yaratmağa və Belarusu daha da genişmiqyaslı işğala cəlb etməyə çalışacaq. Biz Rostov və Taqanroq vilayətində texnika və silahlarla dolu qatarları müşahidə etdik. İndi də Belarusdan bizim sərhədimizə, Brest vilayətinə doğru hərəkət edən qatar var. Bu o deməkdir ki, Rusiya eyni anda üç istiqamətdə yeni zərbələr hazırlaya bilər”, - o bildirib.
Rusiya Ukraynaya üç istiqamətdə yeni zərbəyə hazırlaşırRusiya ordusu Ukraynaya eyni anda üç istiqamətdən yeni zərbələr hazırlaya bilər.

Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Bu yolla Kreml hücum illüziyası yaratmağa və Belarusu daha da genişmiqyaslı işğala cəlb etməyə çalışacaq. Biz Rostov və Taqanroq vilayətində texnika və silahlarla dolu qatarları müşahidə etdik. İndi də Belarusdan bizim sərhədimizə, Brest vilayətinə doğru hərəkət edən qatar var. Bu o deməkdir ki, Rusiya eyni anda üç istiqamətdə yeni zərbələr hazırlaya bilər”, - o bildirib.
Rusiyanın iki diplomatı öldürüldüKabulda Rusiya səfirliyinin qarşısında baş verən partlayışda azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə Rusiya XİN məlumat yayıb.

“5 sentyabr saat 10:50-də (yerli vaxtla) Rusiyanın Kabildəki səfirliyinin konsulluq bölməsinin girişinin yaxınlığında naməlum silahlı partlayıcını işə salıb. Hücum nəticəsində dipmissiyanın iki əməkdaşı ölüb, əfqan vətəndaşlar arasında da zərərçəkənlər var. Səfirlik təhqiqat aparan Əfqanıstan təhlükəsizlik xidmətləri ilə sıx əlaqə saxlayır”, - məlumatda bildirilib.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov hadisəni terror aktı adlandırıb:

“Söhbət terror aktından gedir. Hazırda əsas məsələ rus diplomatlarla nə baş verdiyi haqda məlumat almaqdır. Hazırda məlumatlar dəqiqləşdirilir”.

Qeyd edək ki, bundan öncə kamikadzenin Rusiya səfirliyi önündə partlayış törətdiyi, nəticədə 20 nəfərə yaxın şəxsin öldüyü bildirilmişdi.
Ukrayna cənub və şərqdə uğurlar qazandıUkrayna Silahlı Qüvvələrinin əks-hücumları cənub və şərqdə nəzərəçarpacaq dərəcədə uğurla davam edir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ukrayna qoşunları Xerson vilayətinin qərb hissəsində bir neçə istiqamətdə irəliləyib və Donetsk vilayətində Severski Donets çayının o tayındakı ərazilərin təhlükəsizliyini təmin ediblər. Ukrayna qüvvələri Rusiya qüvvələrini tükəndirmək və onların qarşısını almaq üçün Rusiyanın quru rabitə xətlərinə, sursat anbarlarına və əsas mövqelərinə zərbələr endirməkdə davam edir. Ola bilər ki, ruslar vaxtaşırı əks-hücuma keçəcək və azad edilmiş yaşayış məntəqələrinə və irəliləyən Ukrayna qoşunlarına güclü artilleriya və havadan hücumlar həyata keçirərək itirilmiş mövqelərin bir hissəsini geri alacaqlar”, - məlumatda deyilir.

İnstitut Xerson vilayətində bir yaşayış məntəqəsinin və Donetsk vilayətində bir yaşayış məntəqəsinin azad edilməsi faktını təsdiqləyib:

“1-ci ordu korpusuna daxil olan “dxr”in 127-ci alayının şəxsi heyəti təchizat çatışmazlığı səbəbindən döyüşməkdən imtina edib. Rus qoşunları Zaporojye vilayətinin arxa bölgələrindəki əsas quru kommunikasiya xətləri boyunca yerləşən ərazilərdə hərbi əməliyyatlar aparır”.
Zelenski: İşğalçılar Krımdan qaçırlar, düz edirlər!İşğalçılar (Rusiya ordusu – red.) Krımdan qaçmağa başlayıblar, bu, doğru seçimdir.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“İnanıram ki, Ukrayna bayrağı və azad həyat yenidən Krıma qayıdacaq. Bunun üçün Ukrayna ordusu, xüsusi xidmət orqanları, kəşfiyyat mühüm addımlar atır və bu addımlar artıq duyulmaqdadır”, - deyə dövlət başçısı bildirib.
Ukraynada daha 3 yaşayış məntəqəsi ruslardan TƏMİZLƏNDİUkrayna ordusu üç yaşayış məntəqəsini işğaldan azad edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski gecə videomüraciətində bildirib.

Məlumata görə, cənubda iki, şərqdə bir yaşayış məntəqəsi ruslardan təmizlənib.

O, konkret hansı kəndlərin azad edildiyini deməyib. Zelenski bildirib ki, bazar günü keçirilən görüşdə hərbi komandirlər və kəşfiyyat rəhbərindən “yaxşı xəbərlər” alıb.

Zelenski Donetsk vilayətinin şərqindəki yaşayış məntəqəsinin azad edilməsinə, Lisiçansk-Siversk istiqamətində “müəyyən yüksəkliklərin” alınmasına və iki cənub yaşayış məntəqəsinin azad edilməsinə görə Ukrayna ordusuna təşəkkür edib.

Qeyd edək ki, Ukrayna prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko "Facebook" səhifəsində Xersonda bayraq qaldıran hərbçinin fotosunu yayımlayıb. O, fotonun Vısokopillya kəndində çəkildiyini bildirib.
Xankəndinə  köç edən biznesmen Vardanyan hansı ölkənin təxribatçı planıdır?Rusiyada yaşayan erməni biznesmen Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Qarabağa gətirilməsi çox ciddi qara planların sülhə əngəl ola biləcək təxribatların tərkib hissəsidir. Regionda sülhün yaranması və geniş iqtisadi əməkdaşlıq üçün zamanın yetişəcəyi belə məqamda erməni biznesmen Ruben Vardanyanın zühur etməsi təsadüfi sayıla bilməz. Bunun arxasında həm Rusiyanın, həm də dünyada təşəkkül tapmış mənşəyi və mənbəyi bəlli olmayan mərkəzlərin qara planlarının olmasını daha çox ehtimal etmək olar.

Düşmən tərəfinin hansı planlar qurmasından, hansı təxribatlara əl atmasından asılı olmayaraq bizim millət, dövlət, cəmiyyət olaraq adekvat cavablarımız olmalıdır. Şuşa, Laçın digər ərazilərimizin azad olunması, strateji yüksəkliklərin nəzarətimiz altına keçməsi bizi arxayın etməməlidir. Tərxibatçı qüvvələrə qarşı uzunmüddətli mübarizə üçün immunitet formalaşması ilə bərabər çox dəqiq və aydın proqramlar olmalıdır. Bu çox geniş mövzudur. Bu barədə növbəti yazımda ətraflı aydınlıq gətirəcəm.

Əlqərəz, Azərbaycanın strateji məkanı olan Qarabağda qeydiyyatı olan ermənilərin siyahıya alınması prosesinə start verilməlidir.Rus sülhməramlıların qarşısında bu məsələ kəskin qaldırılmalıdır ki, kənar şəxslərin, yəni Azərbaycan vətəndaşlığı olmayan ermənilərin Xankəndinə gəlişi birmənalı şəkildə yasaqlanmalıdır.

Nəhayət biznesmen Ruben Vardanyanın və digər təxribatçı yanların Azərbaycan ərazisindən rədd olub getməsi məsələsi sürətlənməlidir.

Əkrəm Bəydəmirli