"Ermənistanın ərazisi çoxumuza məlum deyil"

Paşinyan: Ermənistanın ərazisi çoxumuza məlum deyil
Ermənistanın baş naziri Nikol Paşinyan sakinlərin bir çoxunun ölkənin ərazisini tanımamaqda ittiham edib.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

“29.743 kvadrat kilometrlik ərazi çoxlarına tanış deyil. Əsl Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazisi və sərhədləri olan Ermənistan Respublikasıdır. Bu çox sadə ifadə kimi görünür, amma son illər bu rəqəmin bir çoxumuza tanış olmadığını görəndə təəccübləndim: 29.743 kvadrat kilometr çoxumuza tanış deyil”, - baş nazir "Real Ermənistan" ideologiyası layihəsinin ikinci müzakirəsi zamanı deyib.

"Sual yaranır: niyə bu rəqəm bizə tanış deyil, çünki bu, dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisidir? Bir sıra məlum vəziyyətlərdə tənqid səsləndi: niyə mən bu və ya digər ölkənin ərazi bütövlüyünü tanıdım? Bunun motivasiyası nədir? Bildirmək istəyirəm ki, bunun üçün ən vacib motivasiya özümüzün əvvəlcə ölkəmizin ərazi bütövlüyünü tanımağımız idi", - o deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər