star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Təxribatlar törətməklə sülh prosesini ləngitmək ağılsızlıqdır"

"Təxribatlar törətməklə sülh prosesini ləngitmək ağılsızlıqdır"Ermənistan həmişəki ampluasındadır. Bu ölkə eyni vaxtda həm sülhdən danışır, həm də silahları işə salır, sərhədlərimizdə təxribatlar törədir, yeni hərbi eskalasiyaya rəvac verir. Ötən həftə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzərində danışıqların başa çatdığının elan edilməsindən üç gün sonra, martın 16-da Ermənistan ordusu tərəfindən Azərbaycan mövqelərinin bir gündə üç dəfə atəşə tutulması İrəvanın sülh bəyanatlarının səmimi olmadığını göstərir. Bu cür sülh siyasəti olmur. Sülh istəyən ölkə silahların "dil"i ilə danışmaz.

Real sülhün bərqərar olması üçün Ermənistan hakimiyyəti çevik siyasət yürütməli və ilk növbədə rəsmi Bakının tələblərinin (Konstitusiya dəyişikliyi, Minsk qrupunun buraxılması üçün birgə bəyanatın verilməsi və Zəngəzur dəhlizinin açılması) yerinə yetirilməsi istiqamətində vaxt itirmədən hərəkətə keçməlidir. Ermənistan yalnız bu addımları atmaqla özünün gerçək sülh tərəfdarı olduğunu sübut edə bilər. Bu addımların atılması həmçinin Ermənistan ictimai rəyinin sülhə fokuslandırılması baxımından da əhəmiyyətlidir. Lakin çox təəssüf ki, Paşinyanın siyasi iradəsizliyi bu addımların atılmasını ləngidir. Daxili auditoriyanın sülh prosesinə təpki göstərəcəyindən ehtiyatlanan Paşinyan ənənəvi təxribat üsullarına əl atır.

Sülh sazişinin mətni üzrə danışıqların başa çatmasından sonra Ermənistanın təxribat törətməsi, mövqelərimizi atəşə tutması heç şübhəsiz ki, sülh prosesini ləngitmək, vaxt qazanmaq məqsədinə xidmət edir. Görünən budur ki, İrəvan paralel siyasət yürüdür və müharibəyə hazırlaşır. Azərbaycanın mövqelərinin atəşə tutulması da bu hazırlığın tərkib hissəsidir. Lakin Paşinyan unudur ki, bu cür klassik təxribat addımları bir qayda olaraq Ermənistan üçün həmişə acınacaqlı nəticələrlə bitir. Təxribatlar törətməklə sülh prosesini ləngitmək ağılsızlıqdır. Ermənistanın sərhəddə təxribatlar törətməsi reallıq hissini itirməyin göstəricisidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər