İmamoğlunun diplomu buna görə ləğv edilibmiş

İstanbul Universitetinin içərisində İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun da olduğu 28 nəfərin diplomlarını ləğv etməsinin səbəbləri məlum olub.

“Qafqazinfo” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Universitetin hazırladığı hesabata görə, qərara səbəb keçid edən şəxslərin orta balının 2.40-dan yuxarı olmaması, akademik göstəricilərində “FF” ( dərslərdə uğursuzluq göstəricisi) hərflərinə sahib olması göstərilib.

Bundan başqa sözügedən tələbələrin oxuduğu universitetlərin İstanbul Universitetinin reyestr siyahısına daxil edilməməsi də məlum olub.

İmamoğluna gəlincə, elə onun təhsil aldığı Girne Amerika Universiteti də İstanbul Universitetinin reyestr siyahısında olmayıb.

Həmçinin onun İstanbul Universitetinə kvota xaricində keçdiyi və təhsil aldığı Girne Amerika Universiteti əvəzinə Doğu Akdeniz Universitetindən gəldiyinin qeyd etdiyi üzə çıxıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər