star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Sülh müqaviləsində Ermənistan üçün təhlükə yoxdur - Simonyan

Sülh müqaviləsində Ermənistan üçün təhlükə yoxdur - Simonyan“Sülh müqaviləsi layihəsində Ermənistan üçün təhlükəli məqamlar yoxdur”.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün, martın 17-də jurnalistlərlə söhbətində deyib.

“Orada bütün məqamlar ikitərəflidir. Təhlükəli məqam olduğunu deyirsənsə, o, Azərbaycan üçün də eyni dərəcədə təhlükəlidir”.

Sülh sazişinin mətninin nə vaxt dərc olunacağı ilə bağlı danışan spiker deyib: “Nəşrin vaxtını və məntiqini anlayıb məqamı çatanda dərc edəcəyik. Məsələ Azərbaycanın bunu dərc edib-etməyəcəyində deyil.

Müxtəlif yollarla mövcud olan problemlərdən, qorxulardan özümüzü sığortalaya biləcəyimizə qərar verdik və həllini tapdıq".

"Nəşrlə bağlı müzakirələr olacaq, Ermənistanın Azərbaycana atəş açmadığını, Ermənistanın ərazi ambisiyalarının olmadığını, Ermənistanın beynəlxalq tərəfdaşlar üçün də etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirmək üçün birtərəfli qaydada heç nə etmək istəmirik”, - Alen Simonyan bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər