ABŞ-da bıçaqlı hücum nəticəsində azı 11 nəfər yaralanıb
Dərc olunub:
27-07-2025, 08:54
Şənbə günü ABŞ-ın Miçiqan şəhərində supermarketdə naməlum şəxsin bıçaqla hücumu nəticəsində azı 11 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə “Associated Press“ məlumat yayıb.
Ştat polisi şübhəlinin saxlanıldığını açıqlayıb.
"Şübhəli şəxs həbsdədir. Hadisənin təfərrüatları barədə məlumat hələ də məhduddur", - açıqlamada deyilir.
Polis hadisə ilə bağlı araşdırma aparır. Hücumun motivləri və qurbanların səhhəti barədə hələlik məlumat verilmir.