Əkrəm İmamoğlu saxlanıldı
Dərc olunub:
19-03-2025, 10:27
İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiyaya qarşı əməliyyat başlayıb.
Avrasiya.net xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Əməliyyat çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və mətbuat müşaviri Murad Ongun saxlanılıb.
Bundan başqa, aralarında İmamoğlunun təbliğatını aparan Neçati Özkanın da olduğu daha 100 nəfər də saxlanılıb.
Saxlanılan şəxslərin evlərində axtarışlar aparılır.