Türkiyədə meşə yanğınları şiddətləndi
Dərc olunub:
27-07-2025, 19:49
Türkiyənin Bursa vilayətinin Orhaneli ilçəsində davam edən meşə yanğını güclü külək səbəbindən şiddətlənib.
Avrasiya.net Türkiyə mediasına istinadən xəbər verir ki, qurudan və havadan müdaxilə edilməsinə baxmayaraq yanğını söndürmək mümkün olmayıb.
Yanğının genişlənməsi səbəbindən Harmancık ilçəsinin Dutluca, İlicaksu, Çamoğlu, Çakmak məhəllələrinin sakinləri təxliyə edilib.
Bundan əlavə, yanğının təsirindən yaranan tüstü qatı yollarda görünməni məhdudlaşdırıb və Orhaneli-Harmancık magistralında hərəkət dayandırılıb.