star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Çin Rusiyanı da, ABŞ-ı da aldada bildi, hədəf...

Üç ildən çox davam edən Rusiya–Ukrayna müharibəsi dünyanın hərbi-siyasi və ən əsası da geoiqtisadi strategiyalarını dəyişdi. Müharibə zahirən Rusiya və Ukrayna arasında getsə də, qarşıda ABŞ və NATO olduğu artıq mübahisə mövzusu deyil. Əlbəttə, gedən müharibədən hələ ki, qazanclı tərəf ABŞ-dır. Geosiyasi, geoiqtisadi, strateji baxımdan isə Rusiya–Ukrayna müharibəsindən daha çox qazanan məhz Çindir. Və təbii ki, Çin maraqlıdır ki, müharibə davam etsin, hərçənd ki, Çin müharibəyə maraqlı olmadığını və neytrallığını bildirir. Amma bu, yalnız diplomatik örtükdür ki, reallıqda Çin bu qarşıdurmanın uzanmasında və Qərbi, həmçinin Rusiyanı yormasında birbaşa və ən çox maraqlıdır.

Çinin Rusiya–Ukrayna müharibəsində maraqları aydındır. Əvvəla, iqtisadi və hərbi rəqibi ABŞ iki cəbhədə döyüşür. Vaşinqton paralel olaraq həm Rusiya ilə hərbi, həm də Çinlə iqtisadi mübarizə aparır. Çin üçün isə rəqiblərin tükənməsi ona yeni imkanlar açır.

Rusiyanın NATO ilə qarşıdurmada Çindən daha da asılı hala gəlməsi Qərb sanksiyalarının nəticəsidir. Bu sanksiyalar Rusiyanın Çindən asılılığını daha da dərinləşdirir. Rusiya qazını, neftini, hətta texnoloji komponentlərini Çinə endirilmiş qiymətlərlə satmaq məcburiyyətindədir. Rusiyanın bu asılığından təkcə iqtisadi qazanc əldə edilmir – həm də təsir dairəsi genişlənir.

Rusiya–Ukrayna müharibəsi nəinki Rusiyanı iqtisadi cəhətdən çökdürür, ən əsası insan resursları və demoqrafik baxımdan ölkəni zəiflədir, əhali boşluğu yaradır. Demoqrafik boşluq, iqtisadi asılılıq və artıq "sülh ekspansiyası" ilə Rusiyada möhkəmlənmiş Çin perspektivdə Rusiya hesabına ərazisini genişləndirmək üçün real imkanlar əldə edir.

Çin bu qarşıdurmanın yaratdığı imkanlarla "sakitcə" iqtisadi hasarlanma salır. Çin "Bir Kəmər, Bir Yol" layihəsi ilə Afrikadan Latın Amerikasına qədər iqtisadi təsir zolağını genişləndirir – özü də heç bir güllə atmadan, ordu yeritmədən.

Rusiya–Ukrayna müharibəsi Qərb dünyası daxilində fikir ayrılığı yaradır, parçalanmalara səbəb olur. Artıq Qərb daxilində həm Rusiya, həm də Ukraynaya qarşı tamamilə fərqli yanaşmalar var. Hətta yeni və ayrı hərbi alyansın da yaranması gündəmdədir. Müharibənin uzanması Avropa İttifaqında sosial və iqtisadi böhranlar doğurur, enerji təhlükəsizliyində real çətinliklər ortaya çıxır. Məcburiyyətdən alternativ layihələr irəli sürülür – hansı ki, qısa zamanda icrası və bəhrəsi mümkün deyil. Bu da daxildə narazılıqlara səbəb olur, ictimai fikirdə radikallaşma baş qaldırır.

Rusiya–Ukrayna müharibəsinin yaratdığı vəziyyət strateji fürsət kimi Çinin Tayvan üzərinə təzyiqlərini artırmağa imkan verir. Bu vəziyyətdə də ABŞ Asiya–Sakit Okean regionunda Çinin qarşısını almaq gücündə deyil.

Göründüyü kimi, Çin nə açıq müharibə aparır, nə də Qərblə birbaşa konfliktə girir. Ancaq fakt budur ki, Çin iştirak etmədiyi münaqişələrdən güclənərək çıxır. Bu, klassik Çin siyasi fəlsəfəsinin – “çəkilmə, müşahidə et, zəifləyəni ələ al” – real tətbiqidir. Çin üçün nə Ukraynanın ərazi bütövlüyü, nə də Rusiyanın təcridi vacib deyil. Məqsəd, dünya iqtisadiyyatında liderliyin Çinə keçməsidir. Bu isə nəticə etibarilə Çinin hərbi qələbəsidir.

Vüqar Dadaşov
Politoloq

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər