"Sülh sazişinə imza atmağa hazıram"
Dərc olunub:
19-03-2025, 16:14
"Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir".
Avrasiya.net xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan X hesabında yazıb.
"Mən həmin sənədin altına imza atmağa hazıram", - deyə Paşinyan qeyd edib.