star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

DSX zabiti ona hücum edən idmançıları bağışladı

Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar - Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Fuad Zeynalov ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti yoxdur:

Daha sonra onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O həmin ifadəsində deyib ki, 2024-cü ilin noyabr ayında Avropa Çempionatında iştirak etmək üçün Yunanistanın paytaxtı Afina şəhərinə gedib. Həmin çempionatda Ramal Aslanov da öz tələbələri ilə iştirak edib. İdmançılar arasında mübahisə də elə Afinada başlayıb.

"Bakıya qayıdanda bir neçə nəfər məni izləyərək yaşadığım ünvana gəldi. Həmin vaxt Ramal Aslanov mənə zəng edərək bayıra çıxıb söhbət etməyi təklif etdi. Bu ilin yanvar ayında Xətai rayonunda dostum Anar Süleymanovla restorandan çıxarkən Elnur və Elçin mənə hücum etdilər. Bu zaman Anarı köməyə çağırdım. Onun yerə yıxıldığını gördüm. Ayağa qalxmaq istəyəndə onu arxadan qucaqlayıb saxladılar. Anar çətinliklə də olsa, ayağa qalxdı. Bu zaman ona "beşbarmaq"la alın nahiyəsindən zərbə endirdilər. Zərbənin təsirindən Anar yerə yıxıldı. Hadisədən sonra Mərkəzi Nefçilər Xəstəxansına yerləşdirildik. Alnımdan 10 dənə tikiş atmışdılar", - o bildirib.

Daha sonra zərərçəkən Anar Süleymanov ifadə verib. O bildirib ki, dostu Fuada hücum edən zaman ona kömək üçün yaxınlaşıb.

"Təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayətim yoxdur. Onları ailələrinə, uşaqlarına görə bağışlamışam".

Növbəti proses iyulun 30-na təyin olunub.

Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib.

İttihama görə, idmançılar - Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər. İnsidentdən sonra sözügedən şəxslər saxlanılıblar.

Məlum olub ki, onları bu əməli Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovun sifarişi ilə törədiblər.

Məhkəmənin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində həbs qətimkan tədbiri, Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İdmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər