Britaniya sualtı qayıqları Rusiyanın 40 şəhərini məhv edə bilər
Dərc olunub:
21-03-2025, 11:47
Britaniya sualtı qayıqları Rusiyanın 40 şəhərini məhv etməyə qadirdir.
Bunu Böyük Britaniya Kral Donanmasının keçmiş kontr-admiralı Kris Perri bildirib.
O, bu gəmilərin "Trident" ballistik raketləri ilə təchiz olunduğunu xatırladıb.
"Bu, düşünməyə əsas verir. Bu raketlər hər bir dünya liderində qorxu hissi yaratmalıdır", – deyə o vurğulayıb.