Azərbaycanın növbəti diplomatik qələbəsi

Gerçəkdən Vaşinqtonda Tramp administrasiyasının vasitəçiliyi ilə Ermənistanla sülh münasibətlərinin şərtləri ətrafında əldə edilmiş bəyannamə Azərbaycan diplomatiyasının, onun prioritet istiqamətlərini müəyyənləşdirən Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi olmaqla əldə edilmiş mühüm tarixi qələbədir. Bu qələbə ilk növbədə rəsmi İrəvanın siyasətini müəyyənləşdirən, onu uzun müddət istiqamətləndirən Qərbin qlobalist dairələri üzərində qazanılıb.

Bunu Avrasiya.net-ə politoloq Elşən Manafov deyib.

O, qeyd edib ki, məhz onlar Ermənistan hakimiyyətinin siyasətini yönləndirməklə uzun müddət rəsmi Bakını qlobalistlərin təklif etdiyi platformalar üzərində danışıqlar masası arxasına keçirməyə, regionun geosiyasi konfiqurasiyasını bəlli dairələrin cızdığı ssenariyə uyğun şəkildə formalaşdırmağa çalışmışlar. Bununla belə Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində rəsmi Bakıya qlobalistlər tərəfindən olan təhdidlər baş tutmamışdır: “ABŞ-da prezident seçkilərində qlobalistlərlə bağlı Baydenin seçkilərdə uğursuzluğundan sonra rəsmi Vaşinqtonun Cənubi Qafqazla bağlı siyasətində Bakı üstünlük təşkil etmişdir. Qlobalistlərin seçkilərdə uğursuzluğu və Vaşinqtonda yeni administrasiyanın münaqişə tərəfləri ilə qurmaq istədiyi yeni tipli münasibətlər rəsmi İrəvanın da, mövqeyinə təsirsiz ötuşməmiş, Paşinyan Tramp administrasiyasının dəstəyini itirməmək üçün Vaşinqton platformaslnda danışıqların aparılmaslna razılıq verməli olmuşdur. Trampın Avropa Birliyindən fərqli olaraq Ukrayna probleminin həlli üçün Rusiya ilə danışıqlara hazır olması Paşinyan üçün həyəcan siqnalı olmuşdur. Rusiyanın Ukrayna böhranın həlli ətrafında Trampla qarşılıqlı komromislər hesabına razılığa gəlmək ehtimalı Paşinyanı hakimiyyətinin təhlükəsizliyi naminə qabaqlayıcı addımlar atmaq məcburiyyətində qoymuşdur.

Üstəlik Tramp administrasiyası da prezident Trampın Nobel sülh mükafatına layiq olmasl fikrini əsaslandırmaq üçün yaranmış vəziyyətdən bəhrələnməyi qərara almışdır. Məlumdur ki, Trampın Ukrayna müharibəsinin dayandırılması üçün etdiyi bir sıra cəhdlər səmərəsiz qalmışdır. Bununla muqayisədə isə Tramp Hindistan Pakistan münaqişəsinin, habelə Afrika və Asiyadakı bir sıra münaqişələrin aradan qaldırılması ilə bağlı aparılan danışıqlarda ciddi diplomatik uğurlar əldə edə bilmişdir. Qlobalistlərin ABŞ-dakı seçkilərdə məğlubiyyətindən sonra Vaşinqtonun yeni administrasiyasının İrəvan hakimiyyətinə təzyiqi üçün şansları artmışdır.

Üstəlik Rusiyanın Azərbaycanla münasibətlərin kəskinləşməsi fonunda rəsmi Moskvanın münaqişə tərəfləri arasında moderatorluq imkanları ümumiyyətlə daralmışdır. Qərbdə maraqlı dairələrin bilavasitə müdaxiləsi nəticəsində məlum təyyarə qəzasından sonra kəskinləməkdə olan Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazın təhlukəsizlik problemlərinin həllinə ABŞ-ın müdaxiləsi üçün perspektiv və əlverişli şərait yaratmış olurdu və əlbəttə regionda məlum münaqişənin aradan qaldırılmasını ABŞ-ın ayağına yazmaq üçün bu əlverişli imkandan yararlanmamaq düzgün olmazdı.

Prezident Əliyevin siyasi uzaqgörənliyi və diplomatik fitri istedadı məhz ondadır ki, o Ermənistanla sülh müqaviləsinin şərtlərinin, habelə bölgənin nəqliyyat kommunikasiya dəhlizlərinin işlək vəziyyətə gətirilməsi üçün geosiyasi və regional güc mərkəzləri arasındakı ziddiyyətlərdən yerində və vaxtında istifadə edə bildi və hətta Vaşinqton razılaşmalarının şərtlərindən narazı qalan tərəflər də gözəl başa düşürlər ki, regional mustəvidə aparılan,lakin həm də qlobal geosiyasi məzmun kəsb edən bu oyunda Azərbaycan orta xəttdə oynayan oyunçudur, odur ki, danışıqların mərkəzində olacaq tərəf də odur, autsayder isə Praqadan sonra siyasi məğlubiyyətini etiraf etmiş Ermənistandır. Cənubi Qafqazln geosiyasi durumunu dəyişmək üçün ondan həmişə alət olaraq istifadə edənlər İrəvan hakimiyyətinin bəlli səbəblərə görə halqanın zəif bəndi olmasının mahiyyətinə varırlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər