star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətindən rəsmi heyət təhsil sektoru üzrə əməkdaşlıq məqsədilə Bakıya səfər edib

Türkiyə-Azərbaycan parlamentlər arası dostluq qrupu rəhbəri və İstanbul millət vəkili Şamil Ayrım, Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti dostluq qrupu rəhbəri Konya millət vəkili Orhan Ərdəm, Şimali Kipr Türk Cümhuriyyəti sabiq millət vəkili və Şərqi Ağdəniz Universiteti (Doğu Akdeniz Universitesi) Fondun İdarə Heyətinin sədri Dr. Erdal Özcenk, Şərqi Ağdəniz Universitetinin rektoru professor Dr. Həsən Kılıç, Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin siyasi məsələlər üzrə müşaviri və DAÜ Vəqfi İdarə Heyətinin üzvü Anıl Kaya Azərbaycana səfər edib.

Avrasiya.net xəbər verir ki, işgüzar səfərin əsas məqsədi Şimali Kipr Türk Cümhuriyyəti Şərqi Ağdəniz Universitetinin Azərbaycan universitetləri ilə əlaqələr qurması, tələbə mübadiləsi və Azərbaycandan olan tələbələrin ŞKTC-də təhsil alması üçün əməkdaşlığın əldə edilməsidir.

Heyət ŞKTC və Azərbaycan arasında təhsil sektorunun inkişafında dəyərli tərəfdaşlıqların qurulmasının təmin edilməsi məqsədi ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra təhsil qurumlarında görüşlər keçirəcək. Eyni zamanda ortaq layihələrlə təhsil keyfiyyətinin artmasına zəmin yaradılması üçün müəyyən tədbirlərin görüləcəyi də istisna edilmir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər