İsrail agentləri SEPAH polkovnikini məhv etdiSEPAH hava-kosmik qüvvələrinin polkovniki Davud Cəfəri Suriyanın Dəməşq şəhəri yaxınlığında yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

SEPAH bombanın İsrail agentləri tərəfindən basdırıldığını bildirib.
İranda dəhşət: həbs edilən qızlar zorlanırİranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur davam edir. Bu müddət ərzində ən son məlumata görə, 438 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Ölənlərin arasında 60 yeniyetmə və uşaq da var. 17,5 min nəfərə yaxın şəxs həbs edilib.

Axar.az xəbər verir ki, CNN həbs edilənlərin bir çoxunun həbsxanalarda və polis bölmələrində təhqiredici rəftara məruz qalırdığını yazıb.

“Aksiyalarda iştirak edən 20 yaşlı qız polis bölmələsində cinsi zorakılığa məruz qalıb. Kürd əsilli Xana (təhlükəsizlik məqsədilə adı dəyişdirilib – red.) saxlanıldıqdan sonra İranın şimal-qərbindəki Urmiya şəhərində polis bölməsinə aparılıb. O, cinsi zorakılığın şahidi və qurbanı olduğunu bildirib. Onun saxlanıldığı ərəfədə anasına Mahabad şəhərindəki həbsxananın müdiriyyətinin yüksək rütbəli əməkdaşı olan tanışı telefonla zəng edib. O, qadını heç bir halda qızlarını evdən buraxmamağa çağırıb, səbəb kimi deyib ki, İran həbsxanalarında qadınlarla çox pis rəftar olunur. Buna baxmayaraq, Xana etirazlara qoşulub və bir çox digər qadın kimi hicabını açıq şəkildə yandırıb. Polis onu, bir neçə qadını və 13-14 yaşlı yeniyetmələri polis bölməsinə aparıb”, - məlumatda deyilir.

Xana nəşrə bildirib ki, burada onlara cinsi təcavüz edilib:

“Kamera yoldaşları Xanaya baş verən zorlamalar barədə danışıblar. O özü də saxlanılan yeniyetmələrdən birinin bacısının polisin dindirmə otağında zorlanmasının şahidi olub. Buna etiraz edən qızın bacısını isə polis dəyənəklə döyüb. Xana da zorakılığa məruz qalıb. O bildirib ki, polis məmuru onu dindirmə otağına bağlayıb və orada cinsi əlaqə qarşılığında ona azadlıq vəd edərək hücum edib”.

Bildirilir ki, Xananın müsahibəsi zamanı qızın boynunda qançır izi görünüb:

“İnsanların İran həbsxanalarında və təcridxanalarında baş verənlərdən o qədər də xəbəri yoxdur. Çünki polis qadınları qorxudur. Onlar qadınları hədələyir ki, başlarına gələnləri deməsinlər. Xananı həbsdən atası xilas edib və o, İrandan qaça bilib”.

Hüquq müdafiəçiləri qeyd ediblər ki, son illər İranda yüzlərlə insan izsiz yoxa çıxıb:

“İtkin düşənlərdən biri 20 yaşlı Armita Abbasidir. Etirazlar başlayandan bəri o, sosial mediada hökumət əleyhinə yazılar dərc edib, baxmayaraq ki, onun küçə etirazlarında birbaşa iştirak edib-etmədiyi məlum deyil. Lakin polis qızı bu etirazlara rəhbərlik etməkdə ittiham edərək saxlayıb. Polis Abbasinin mənzilində axtarış apararkən 10 ədəd “Molotov kokteyli” aşkar etdiyini deyib. Oktyabrın 17-də mülki geyimli polis əməkdaşları Armita Abbasini aldığı ağır xəsarətlə Tehranın Kərəc qəsəbəsindəki xəstəxanaya aparıblar. Qızın başı qırxılmışdı. Həkimlər onun çox qorxduğunu və titrədiyini bildiriblər. Polis xəstəxana işçilərinin Armita ilə danışmasına mane olub, həkimləri zorlamanın onun həbsindən əvvəl baş verdiyini sənədləşdirməyə məcbur edib. Onun hekayəsi ictimailəşəndə ​​polis qızı xəstəxanadan aparıb. Qızın yerli həbsxanaya köçürüldüyü bildirilsə də, bu məlumat tam təsdiqini tapmayıb. Baş verənlərlə bağlı şərh almaq üçün xəstəxana ilə əlaqə saxladıq, lakin Armitanın heç bir qeydinin qalmadığını bildirdilər”.

Erməni məmurların əmlakı yoxlanılacaq - Siyahıda Paşinyan da varErmənistanda bütün məmurların əmlakları yoxlanılacaq.

 Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi dövlət məmurlarının əmlakını yoxlamaq üçün Milli Təhlükəsizlik Xidmətinə müraciət ünvanlayıb.

Müraciətə əsasən, məmurların gizli biznesləri, daşınar və daşınmaz əmlakları ilə bağlı araşdırma aparılacaq.

Məlumata görə, MTX-yə təqdim olunan siyahıda yüksək vəzifəli məmurlar, o cümlədən baş nazir Nikol Paşinyan, baş nazirin müavinləri, prezident, parlamentin sədri, deputatlar və başqalarının da adı var.
İrana qarşı hərbi əməliyyat başlaya bilər - Politoloqİlk növbədə, İrana Beynəlxalq Atom Enerjisi Təşkilatı tərəfindən 60% zənginləşdirilmiş uranın istehsalı qadağan edilib. Üstəlik, İranla “Altılıq ölkələri” arasında uranın saflaşdırılması ilə bağlı müqavilə imzalanıb və İran öz üzərinə öhdəlik götürüb ki, bundan sonra uranın saflaşdırılması işi ilə məşğul olmayacaq. Hazırda İran uranın saflaşdırılması prosesini davam etdirəcəksə, bu, müəyyənləşdirilməlidir, Beynəlxalq Atom Enerjisi Təşkilatı tərəfindən rəy verilməlidir. Daha sonra İrana qarşı ciddi ölçülər götürülməlidir. Hətta hərbi hərəkat belə başlana bilər.

Bu sözləri politoloq Qabil Hüseynli Axar.az-a açıqlamasında İranın MAQATE-yə cavab olaraq 60% zənginləşdirilmiş uranın istehsalına başlaması ilə bağlı danışarkən deyib.

“Artıq BMT tərəfindən İrana qarşı qətnamə qəbul edilib və Tehranın hərəkətləri dünya ictimaiyyəti tərəfindən əks-reaksiya doğurmaqdadır. Fikrimcə, “İran uranın saflaşdırılması işini davam etdirir” sözünü deməklə, Tehran daxildə müəyyən fikir formalaşdırmağa, ətrafdakılarda qorxu hissi təlqin etməyə çalışır. Ancaq bu belə deyil. İranı böyük fəlakət gözləyir. Çünki İrana qarşı sanksiyaların dairəsi genişləndirilə bilər. Vəziyyət kritik həddə çatarsa, İrana qarşı hərbi əməliyyatlar da başlana bilər. Bu əməliyyatları isə BMT sanksiyalaşdıra bilər”, - politoloq bildirib.
İranda həbsdə olan etirazçılara təcavüz edilirİranda həbs edilən etirazçılar cinsi istismara məruz qalır.

Avrasiya.net xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat paylaşılıb.

Bildirilib ki, CNN telekanalı İran hökumət qüvvələrinin təcridxanalarda saxlanılan etirazçılarla necə davrandıqları və şahidlərin ifadələri əsasında həbsxanalarda etirazçıların cinsi zorakılığa, eyni zamanda təcavüzə məruz qalması ilə bağlı geniş reportaj hazırlayıb.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. Molla rejiminin əleyhinə keçirilən aksiyalar zamanı ümumilikdə 10 mindən çox etirazçı saxlanılıb. Saxlanılan şəxslərdən 5-nin edam olunmasına qərar verilib.
Avropa ölkələrindən İrana ETİRAZİngiltərə, Fransa və Almaniya İranın nüvə proqramını daha da genişləndirmək qərarını pisləyib.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkələrin birgə bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, İran Fordo və Natanz obyektlərində istehsal gücünü artırmaq üçün mühüm addımlar atıb.

Açıqlamada qeyd olunub ki, İranın Fordo Nüvə Zənginləşdirmə Zavodunda "hiper zənginləşdirilmiş uranın istehsalını artırmaq qərarı" xüsusi narahatlıq doğurur.

Qeyd edək ki, İran bu gün Fordo zavodunda uranın 60%-dək zənginləşdirildiyini bildirib.
İranın Ermənistandakı səfiri: “Zəngəzur Tehran üçün mühüm rol oynayır”Ermənistanın baş prokuroru Anna Vardapetyan noyabrın 22-də İranın bu ölkədəki səfiri Abbas Badaşxan Zohurinin başçılıq etdiyi İran nümayəndə heyəti ilə görüşüb.

Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Vardapetyan iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirib və əmin edib ki, səmərəli qarşılıqlı fəaliyyət əsasında bu, genişlənəcək və yeni keyfiyyət alacaq.

Zohuri isə qeyd edib ki, Ermənistan və İran arasında 3000 illik tarixi və mədəni əlaqələr bütün istiqamətlərdə əlaqələrin inkişafı üçün yaxşı əsasdır və bunu xüsusilə son illərdə müşahidə etmək olar.

Səfir vurğulayıb ki, Ermənistanla münasibətlər İran üçün prioritetdir və onların qarşılıqlı olması iki ölkənin liderləri tərəfindən təsdiqlənib.

İranın Qafanda konsulluğunun açılmasının yüksək qiymətləndirilməsinə cavab olaraq Zohuri bildirib ki, Sünik (Zəngəzur-red.) bölgəsi Tehran üçün mühüm rol oynayır.

"O vurğulayıb ki, heç bir dövlətin regiona qarşı iddiası olmamalıdır", - məlumatda deyilir.

Vardapetyan və Zohuri həmçinin məhkumların ekstradisiyası, hüquqi yardım, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq kimi məsələləri də müzakirə ediblər.

Dünən məlum olub ki, Ermənistan və İran Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub.

Qərbi Azərbaycanda çoxlu yaralı var: dərman çatmırQərbi Azərbaycan əyalətinin cənub şəhərlərində qan və dərman çatışmazlığı yaranıb.

Axar.az xəbər verir ki, bu barədə İran insan haqları təşkilatları və sosial şəbəkə fəalları məlumat yayıb.

Məlumatda əyalətin Soyuqbulaq (Mahabad), Xana (Piranşəhr) və Bukan şəhərlərinin xəstəxanalarına çox sayda yaralı yerləşdirildiyi üçün serum, antibiotik və sarğı ləvazimatları qıtlığı yarandığı bildirilir.

Qeyd edək ki, son 34 gündə hökumət qüvvələrinin adı çəkilən şəhərlərdə etirazçılara qarşı odlu silahdan istifadə etməsi nəticəsində çox sayda insan ölüb və yaralanıb.

İranda öldürülənlərin sayı 434-ə qalxdıEtiraz aksiyaları başlayandan bu günə kimi İran hökumət qüvvələri tərəfindən öldürülən etirazçıların sayı 434-ə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Öldürülənlərdən 60-ı azyaşlıdır.

Bildirilir ki, 68 gündür davam edən nümayişlərdə 17.473 nəfər saxlanılıb.

Ruslar döyüş yoldaşlarının cəsədlərini yandırdıRus hərbçiləri Xersondakı zibilxanadan ölmüş yoldaşlarının cəsədlərini yandırmaq üçün istifadə ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Quardian” yerli sakinlərə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətləri qara çantalarla dolu yük maşınlarının zibilliyə necə gəldiyini, sonra isə onların yandırıldığını gördüklərini bildiriblər:

“Havada yanmış saçın kəskin qoxusu hiss olunub. Ukrayna hakimiyyəti bununla bağlı şərh vermədi. Adını açıqlamayan yerli rəsmi isə bildirdi ki, Ukrayna tərəfi düşmən dəfnlərində maraqlı deyil”.